Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs pozulub
Azerbaycan Oyrenci Herekati : Ermənistan və Azərbaycan erməni qüvvələrinin nəzarət etdiyi Dağlıq Qarabağ yaxınlığında hərbi qarşıdurmanın baş verdiyi bildirilir. Regiondan daxil olan ilkin xəbərlərdə detallara varılmır. Lakin bir neçə Azərbaycanlı əsgərin öldürülüdüyü bildirilir. Azərbaycan Press Agentliyi döyüşlərin davam etdiyini xəbər verir. Müdafiə nazirliyinin sözçüsü Amerikanın Səsinə bildirib ki, bir neçə Azərbaycanlı əsgər həlak olub. Azərbaycan televiziyası məlumat verir ki, erməni qüvvələri Azərbaycan mövqelərini minamyot və pulemyotlardan atəşə tutublar. Həmin xəbərdə 3 Azərbaycanlı əsgərin öldürüldüyü deyilir. Bu arada Azərbaycan prezidenti İlham Əliyev xəbərdarlıq edib ki, onun ölkəsi Dağlıq Qarabağı güc yolu ilə geri almağa hazırdır. O, həmçinin deyib ki, Azərbaycan ordusunun güclənməsi Ermənistanla danışıqlara təsir göstərəcək.( voa)
Azərbaycan Müdafiə Nazirliyi: “Düşmənin 12 əsgəri məhv edilib, 15 nəfəri ağır yaralanıb”
Azərbaycan Müdafiə Nazirliyi dünən cəbhə xəttində baş verən gərginliklə bağlı rəsmi məlumat açıqlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun verdiyi məlumata görə, dünən səhər saatlarından etibarən Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib:
“Düşmən Ermənistan daxilində baş verən qanlı hadisələri, vətəndaş qarşıdurmasını dünya birliyinin diqqətindən yayındırmaq məqsədilə belə bir təxribata əl atıb. Azərbaycan Ordusu düşmənin bütün həmlələrinin qarşısını böyük qəhrəmanlıqla alıb və ona ağır zərbələr endirib. Atışmalar zamanı düşmən tərəfinin 12 əsgəri məhv edilib, 15 nəfəri ağır yaralanıb. Azərbaycan Ordusu 3 şəhid verib. Bir əsgərimiz isə yaralanıb”. //APA