آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

Azərbaycan Müdafiə Nazirliyi: “Düşmənin 12 əsgəri məhv edilib, 1

Azərbaycan Müdafiə Nazirliyi: “Düşmənin 12 əsgəri məhv edilib, 15 nəfəri ağır yaralanıb

 

Azerbaycan Oyrenci Herekati : Azərbaycan Müdafiə Nazirliyi dünən cəbhə xəttində baş verən gərginliklə bağlı rəsmi məlumat açıqlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun verdiyi məlumata görə, dünən səhər saatlarından etibarən Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib:

Düşmən Ermənistan daxilində baş verən qanlı hadisələri, vətəndaş qarşıdurmasını dünya birliyinin diqqətindən yayındırmaq məqsədilə belə bir təxribata əl atıb. Azərbaycan Ordusu düşmənin bütün həmlələrinin qarşısını böyük qəhrəmanlıqla alıb və ona ağır zərbələr endirib. Atışmalar zamanı düşmən tərəfinin 12 əsgəri məhv edilib, 15 nəfəri ağır yaralanıb. Azərbaycan Ordusu 3 şəhid verib. Bir əsgərimiz isə yaralanıb”. //APA

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد