آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

"HƏLƏ Kİ NƏYİN BAŞ VERDİYİNİ AYDIN DEYƏ BİLMİRİK

"HƏLƏ Kİ NƏYİN BAŞ VERDİYİNİ AYDIN DEYƏ BİLMİRİK

 

 

Metyu Brayza bəyan edib ki, Qarabağ cəbhəsində son atışmaların nədən baş verdiyini, çox güman, heç vaxt bilməyəcəklər

 

Azerbaycan oyrenci herekati:"Atəşkəs olmasa, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edə bilməz. İndi atəşkəs rejimi bərpa olunduğundan mən prosesin davam edəcəyini rahatlıqla deyə bilərəm". ABŞ dövlət katibinin köməkçisinin müavini, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olan Metyu Brayza Yerevanda Ermənistan xarici işlər naziri Vardan Oskanyanla görüşdən sonra belə deyib. Məlumatı "Azadlıq" radiosu yayıb.
"İndi görünən odur ki, atəşkəsin pozulmasından əvvəlki "status-kvo" vəziyyəti bərpa olunub. Hələ ki nəyin baş verdiyini aydın deyə bilmirik. Ola bilsin, heç vaxt da bilməyəcəyik. Bildiyimiz odur ki, hər iki tərəf bir-birinə atəş açıb. Hər iki tərəf cavab atəşi açdığını deyir. Ola bilsin ki, heç bir tərəfin iddiası tam həqiqəti əks etdirmir", - deyə amerikalı diplomat söyləyib.
Metyu Brayza bir daha Kosovo münaqişəsiylə Dağlıq Qarabağ problemi ətrafında paralellər aparmağın mümkün olmadığını vurğulayıb. Artıq yetərincə irəliləyiş əldə olunan danışıqları davam etdirməyin vacibliyini əlavə edib: "Separatçı münaqişələrin tarixində Kosovo ayrı bir məqamdır. Onun öz xarakteri var. Dağlıq Qarabağda sülh prosesi başqa istiqamətdə inkişaf edib. Mən deyərdim ki, daha uğurlu yolla. Biz uğura tam nail ola bilməmişik, amma bu istiqamətdə xeyli nailiyyətlərimiz var. Bunu Kosovo barədə demək olmaz. Odur ki, biz Dağlıq Qarabağda sülh prosesini davam etdirməliyik".
Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi ilə ATƏT-in Minsk qrupu 1992-ci ildən məşğuldur. Qrupun həmsədrləri bu vaxta kimi tərəflərə üç təklif təqdim ediblər. Onların heç biri qəbul olunmayıb. (ayna.az)

نظرات 1 + ارسال نظر
araz چهارشنبه 22 اسفند‌ماه سال 1386 ساعت 02:20 ب.ظ

ABŞ Güneydə azərbaycanca radio verilişləri yayımlayacaq
ABŞ hökuməti İran ərazisində Azərbaycan dilində radioverilişlər yayımlamağa hazırlaşır. APA-nın "Eurasia Net" saytına istinadən yaydığı məlumata görə, ABŞ Dövlət Departamentinin maliyyələşdirəcəyi bu proqramların yayımına 2008-ci ilin oktyabrından start veriləcək.
"Azadlıq" radiosunun proqram direktoru Cef Trimbl bildirib ki, onlar İranda yaşayan azərbaycanlılar üçün onların doğma dilində gün ərzində iki saat veriliş yayımlamağı düşünürlər. Bu verilişlərin əsas qayəsini İranı və bu ölkədə yaşayan azərbaycanlıları narahat edən mövzular təşkil edəcək. İran əhalisinin dörddə bir hissəsini azərbaycanlıların təşkil etdiyini deyən Trimbl bildirib ki, aparılan təhqiqatlar azərbaycanlıların öz doğma dillərində verilişlərə qulaq asmaq istədiyini göstərir.

برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد