آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

Abbas Lisani aclıq aksiyasına başlayıb

Abbas Lisani aclıq aksiyasına başlayıb

 

Azerbaycan Oyrenci Herekati : İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən Abbas Lisani Yəzd həbsxanasında aclıq aksiyasına başlayıb. Bu barədə A. Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə məlumat verib. Onun sözlərinə görə, Abbas Lisani Yəzd həbsxanasında təkadamlıq kamerada saxlanılır. O, A. Lisaninin bu səbəbdən səhhətində problemlər yarandığını da deyib. R. Əlizadə həyat yoldaşı ilə martın 7-də telefonla danışdığını da diqqətə çatıdırıb: “Abbasla iki dəqiqə danışa bildik. Ondan farsca danışmağı tələb etdilər. Abbas buna məhəl qoymadığından, telefon əlaqəsi yarımçıq kəsildi”. Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinin təşkilində təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. O, yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb.

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد