آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

Ermənistan müxalifəti yenidən ayağa qalxıb

Ermənistan müxalifəti yenidən ayağa qalxıb

 

AZerbaycan Oyrenci Herekati : Bu gün Ermənistan paytaxtı Yerevanda yüzlərlə müxalifət tərəfdarı polislə qarşıdurmalar zamanı həlak olanların xatirəsini yad etmək üçün yürüş keçirib.

Bugünkü yürüş bu ayın əvvəlində polislə nümayişçilər arasında toqquşmalardan sonra tətbiq olunan fövqəladə vəziyyətin ləğv olunmasından  bəri keçirilən ilk aksiyadır. Bu gün nümayişçilər və çoxsaylı polis arasında baş verən insident haqda heç bir məlumat verilmir.

Fövqəladə vəziyyət zamanı 20 gün ərzində kütləvi toplaşmalar qadağan olunmuşdu. Bu qadağanın müddəti dünən gecə sona çatıb.  Fevralın 19-da keçirilən prezident seçkilərindən sonra 9 etirazçı həlak olmuşdu. Seçkilərdə isə 53 faizlə postunu tərk edən Robert Köçəryanın xələfi baş nazir Serj Sarkistan qələbə çalmışdı.  Müxalifət lideri Levan Ter-Petrosyan isə yalnız 21 faiz səs toplaya bilmişdi.(voa)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد