Güney Azərbaycan məsələsi ABŞ Konqresində
AZerbaycan öyrenci Herekati : ABŞ Konqresində Iranda yaşayan millətlərin durumuna dair dinləmələr keçirilib. Bəluç, ərəb və kürdlərin nümayəndələrinin qatıldığı dinləmələrdə Irandakı 35 milyon azərbaycanlının vəziyyəti barədə Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsinin sədri Faxtə Zamani məlumat verib. O bildirib ki, Iranda yaşayan azərbaycanlılar sayca çoxluq təşkli etmələrinə baxmayaraq ana dillərində təhsil almırlar, hətta uşaqlara türk adlarının verilməsi yasaqdır. Ana dilində televiziya proqramları yayımlanmır. Rejim azərbaycanlılar üçün telekanal açıldığını bildirsə də burada türk dilində yox, “fazəri”, yəni fars sözlərinin üstünlük təşkil etdiyi azəri dilində proqramlar yayımlanır. Məlumatlara görə, dinləmələr sakit keçməyib. Inqilabdan sonra Iranı tərk edərək Amerikaya yerləşmiş farslar ölkədə millətlərin problemlərinin olmadığını bildirərək demokratiyanın inkişafını zəruri hesab edib. Qarşıdurmanı yatırmaq üçün zala polis çağrılıb. Dinləmələrdə iştirak edən iki konqresmen Azəbaycan türklərinin mövqeyini dəstəklədiyini bildirib(Azadliq).