آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

Iran mövqeyini dəqiqləşdirib

Iran mövqeyini dəqiqləşdirib

 

Azerbaycan öyrenci Herekati : Bu dövlət BMT Baş Assambleyasında Azərbaycanla bağlı qətnamənin lehinə səs verməsi barədə rəsmi məktub göndərib BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” adlı qətnamənin səsverməsində iştirak etməyən Iran sonradan bu qətnaməni qəbul edilməsinin lehinə səs verməsi ilə bağlı Baş Assambleyaya rəsmi məktubla müraciət edib. APA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu barədə icra katibinə Azərbaycanın BMT-dəki səfiri Aqşin Mehdiyev məlumat verib. Ə.Əhmədov qonşu dövlətin bu mövqeyinin təqdir olunduğunu da vurğulayıb. Qeyd edək ki, Iran BMT Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamənin səsverməsində iştirak etməyib(Azadliq).

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد