آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

Sabir Rüstəmxanlı Almaniyaya gedir

Sabir Rüstəmxanlı Almaniyaya gedir

 

AZerbaycan Oyrenci Herekati : Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr əvəzi Sabir Rüstəmxanlı Almaniyaya səfər edəcək. DAK Mətbuat və İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, S. Rüstəmxanlı səfər zamanı martın 27-də Almaniyanın paytaxtı Berlində keçiriləcək Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclasında da iştirak edəcək. Burada onun diaspora təşkilatlarının fəaliyyətinə dair məruzə ilə çıxışı etməsi də nəzərdə tutulub. Səfər çərçivəsində S. Rüstəmxanlının dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspora təşkilatları görüşləri də planlaşdırılıb.

Qeyd edək ki, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası, Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin 2007-ci il martın 9-da Bakıda keçirilən I Forumunda qəbul olunan Bakı Bəyannaməsinə uyğun olaraq təşkil ediləcək. İclasda Koordinasiya Şurasının həmsədrləri seçiləcək, Azərbaycan və Türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr müəyyənləşdiriləcək.

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد