آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

ABŞ erməni şirkətinə sanksiya tətbiq edib

ABŞ erməni şirkətinə sanksiya tətbiq edib

 

AZerbaycan Oyrenci Herekati :ABŞ hökuməti Irana ixrac olunmasının qadağan olduğunu bilə-bilə bu ölkəyə ABŞ istehsalı olan təyyarələrin satılmasına dair müqavilə bağladığına görə erməni şirkətinə sanksiyalar tətbiq edib. APA-nın məlumatına görə, erməni şirkəti “Blue Airways” Britaniyanın “Balli Group PLC” və Iranın “Mahan Airways” ilə işbirliyi quraraq, ABŞ istehsalı olan 3 təyyarənin Irana ixracını təşkil edib və daha 3 təyyarənin yaxın vaxtlarda bu ölkəyə satılmasına dair müqavilə bağlayıb. Bundan başqa, onlar ABŞ-a təyyarələrinin son istifadəçisi və çatdırılma ünvanı barədə yanlış deklarasiya təqdim ediblər. Xatırladaq ki, ABŞ Ixrac Qurumunun qərarına əsasən, strateji məhsulların və avadanlığın Irana satılması qadağandır.(Azadliq)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد