Köçəryan gələcək planlarını açıqladı
AZerbaycan Oyrenci Herekati : «Azərbaycan hazırkı siyasətini davam etdirsə, Ermənistan Qarabağı tanıyacaq və onunla hərbi müqavilələr bağlayacaq» Robert Köçəryan keçirdiyi sonuncu mətbuat konfransında bir sıra mühüm bəyanatlar verib. O qeyd edib ki, keçən 20 gün göstərib ki, fövqəladə vəziyyət
elan edilməsi haqqında qərar düzgün qərar idi və bu daha da ağır nəticələrdən qaçmağa kömək edib. Köçəryan deyib ki, martın 1-də baş verən iğtişaşlar mütəşəkkil xarakter daşıyıb: “Bəzi cinayət işləri tezliklə məhkəməyə veriləcək və onlara baxılacaq. Yerevan həmişə dünyada ən təhlükəsiz paytaxtlardan biri olub, indi bu nüfuza ciddi zərbə vurulub”. O həmçinin xüsusi polis bölmələrini müasirləşdirməyə və professionallığını artırmağa söz verib. Köçəryan bildirib ki, qarşıdurma zamanı həlak olmuş 7 mülki şəxsdən 3-ü məhz tətbiq olunan vasitələrin köhnə olduğu və təhlükəsiz olmadığı üçün həlak olub. Kütləyə atəş açmaq əmrini kimin verməsi barədə suala cavabda prezident bildirib ki, belə əmrə ehtiyac yoxdur və o heç vaxt verilmir, belə ki, qanunvericilik özü polisin nə vaxt döyüş silahından istifadə etmək hüququ olduğunu tənzimləyir: “Əgər dövlət başçısı vəzifəsində 10 illik fəaliyyətimə yekun vursam, deyə bilərəm: təəssüf, 1 mart hadisələrinin qarşısını ala bilmədim”. Köçəryan əlavə edib ki, dövlət başçısı vəzifəsində səlahiyyətləri başa çatdıqdan sonra təqaüdə çıxmaq niyyətində deyil: “Mən qısa fasilə verəcəyəm, sonra isə yenə işləyəcəyəm. Yalnız onu deyə bilərəm ki, dövlət qulluğunda işləməyəcəyəm”. ABŞ prezidentinin hələ də Sarkisyanı prezident seçkilərində qələbə çalması münasibətilə təbrik etməməsində qəribə heç nə yoxdur, deyən Köçəryan Vaşinqtonun Ermənistanda baş verənlərə reaksiyasını şərh verib: “Mən özüm 1998-ci ildə də, 2003-cü ildə də ABŞ prezidentlərindən inaqurasiyadan sonra təbrik almışam. Həm də biz seçkiləri kiminsə bizə öz təqdirini bildirməsi üçün keçirmirik”, - deyə o bildirib. Qarabağ nizamlanması haqqında danışan Köçəryan Azərbaycanın cəbhədə və beynəlxalq mühitdə öz əməllərindən imtina etmədiyi halda Dağlıq Qarabağı tanıyacağı ilə hədələyib. “Əgər Bakı hazırkı siyasətini davam etdirsə,