Həmsədrlər Əliyevlə Sarkisyanı tələsdirir
AZerbaycan Oyrenci Herekati :Onlar Azərbaycan və Ermənistan prezidentlərini mümkün qədər tez görüş keçirməyə çağırırlar ATƏT-in Minsk Qrupu həmsədrləri növbəti bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistanı Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları bərpa etməyə çağırıblar. Bəyanatda qeyd edilib ki, ABŞ, Rusiya və Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və buna görə Dağlıq Qarabağın müstəqilliyini tanımır və hesab edirlər ki, bu regionun gələcək statusu ölkələr arasında danışıqlar predmetidir. Həmsədrlər həmçinin sülh yolu ilə nizamlanmanın tərəfdarı olaraq qalırlar. Bu nizamlanma mütləq tərəflərin güzəştlərini tələb edəcək: “Həmsədrlər Ermənistanda prezident seçkilərinə görə yaranmış fasilədən sonra danışıqların təcili bərpa etdirilməsinin zəruriliyini qeyd edirlər. Həmsədrlər xarici işlər nazirlərinə Ermənistan və Azərbaycan liderləri arasında birinci görüşü mümkün qədər tez təşkil etməyi təklif ediblər”, - deyə bəyanatda qeyd edilib. (Azadliq)