Sərkisyanı nələr gözləyir
AZERBAYCAN OYRENCI HEREKATI: Ermənistanda prezident seçkisindən sonra elan olunmuş fövqəladə vəziyyət rəsmən götürülsə də, ölkədəki gərginlik əvvəlkitək qalmaqdadır. Siyasi ekspertlər bu baxımdan Ermənistandakı hadisələrin gələcəyilə bağlı o qədər də nikbin proqnozlar vermirlər. Və hazırda ölkədə cərəyan edən hadisələri Sərkisyanın hakimiyyətinin gələcəkdə o qədər də möhkəm olmayacağının simptomları sayırlar. Bura
Sərkisyanı nələr gözləyir
AZERBAYCAN OYRENCI HEREKATI: Ermənistanda prezident seçkisindən sonra elan olunmuş fövqəladə vəziyyət rəsmən götürülsə də, ölkədəki gərginlik əvvəlkitək qalmaqdadır. Siyasi ekspertlər bu baxımdan Ermənistandakı hadisələrin gələcəyilə bağlı o qədər də nikbin proqnozlar vermirlər. Və hazırda ölkədə cərəyan edən hadisələri Sərkisyanın hakimiyyətinin gələcəkdə o qədər də möhkəm olmayacağının simptomları sayırlar. Bura Levon Ter-Petrosyan və onun tərəfdarlarının prinsipiallığını və mövqelərindən hələ də geri çəkilməməsini əlavə etsək, o zaman Ermənistandakı situasiyanın həqiqətən də qəliz olduğunu açıqca görərik. Mövzuyla bağlı münasibətini öyrəndiyimiz politoloq Rasim Musabəyovun fikrincə, Ermənistanda fövqəladə vəziyyətin götürülməyinə baxmayaraq, gərginliyin davam etməsi hakimiyyətin gələcəkdə ciddi problemlərlə üzləşəcəyini göstərir: “Ermənistandakı hazırkı situasiya nəzərə alınarsa böyük ehtimalla Sərkisyanın bu vəziyyətdə hakimiyyəti stabil idarə etməsi çətin olacaq. Əgər Ermənistan hakimiyyəti bütün bunları nəzərə almayaraq öz siyasətini davam etdirərsə istisna deyil ki, Sərkisyan iqtidarı həm daxili, həm də xarici təzyiqlərlə üzləşəcək. Ona görə iqtidar Ermənistandakı vəziyyətin tənzimlənməsi üçün real addımlar atmalıdır. Artıq mətbuatda belə fikirlər səslənir. Onlardan biri növbədənkənar parlament seçkisi və ya referendumun keçirilməsiylə bağlıdır”. Politoloq Hikmət Hacızadə isə hesab edir ki, Ermənistandakı hadisələr bu ölkədəki problemlərin hələ də həllini tapmadığını göstərir: “Ermənistan cəmiyyəti son prezident seçkisindən sonra faktiki olaraq iki yerə parçalandı. Bu olduqca ciddi dəyişiklikdir və bu parçalanmanın get-gedə dərinləşməsi saatlı bombanı xatırladır. Bu baxımdan gələcəkdə Ermənistanda yenidən siyasi və ya sosial çaxnaşmaların yaşanması istisna deyil. Bütün bunların baş verməməsi üçünsə hakimiyyətin öz siyasətində ciddi dəyişikliklər etməsi, normal seçki keçirməsi vacibdir”. H.Hacızadənin fikrincə, Ermənistandakı gərginliyin aradan qaldırılmasının bir yolu da müxalifətə müəyyən dövlət vəzifələrinin təklifidir. (Azadliq)