31 Mart soyqrımından 90 il ötür… !
Azerbaycan Oyrenci Herekati: Bu il ermənilərin azərbaycanlılara qarşı törətdiyi 1918-ci il mart soyqırımından 90 il ötür. Amma bu onilliklər həmin günlər daşnakların azərbaycanlıların başınqa gətirdiyi müsibətləri unutdurmur. Martın 30-da saat 16.40-da Bakıda erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi azərbaycanlılara qarşı ilk atəş açdı. Atəş səsləri hələ 3 gün
31 Mart soyqrımından 90 il ötür… !
Azerbaycan Oyrenci Herekati: Bu il ermənilərin azərbaycanlılara qarşı törətdiyi 1918-ci il mart soyqırımından 90 il ötür. Amma bu onilliklər həmin günlər daşnakların azərbaycanlıların başınqa gətirdiyi müsibətləri unutdurmur. Martın 30-da saat 16.40-da Bakıda erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi azərbaycanlılara qarşı ilk atəş açdı. Atəş səsləri hələ 3 gün eşidildi. Özü də bu döyüş qeyri bərabər keçirdi. Çünki, daşnakların hədəfi silahsız, dinc sakinlər idi. Onlar kefi istədikləri adamı öldürür, evləri dağıdır, xaraba qoyurdular. Bolşevik –daşnak birləşmələri azərbaycanlılara məxsus ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını talan edir,yandırırdılar. Heç kimə rəhm etmirdilər. Həmin günlər Bakı və onun ətrafı misli görünməmiş vəhşilik və zoraklığın şahidi oldu. Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 mindən çox azərbaycanlı öldürüldü. Ümumilikdə isə 50 mindən artıq azərbaycanlı bu qanlı qətliamın qurbanı oldu. Əslində ermənilərin dinc azərbaycanlılara qarşı zorakılığının arxasında onları öz doğma torpaqlarından didərgin salmaq kimi məkrli plan drururdu. Yeni əraziəlr ələ keçirmək və mifik böyük Ermənistan dövləti yaratmaq idyeası -iki yüz ilə yaxın erməni millətçilərinin xalqımıza qarşı yürütdüyü siyasətin əsas məqsədi olub və bu idyea uğruna-tariximizə ermənilərin imzası ilə neçə-neçə qanlı səhifə yazılıb. 89 il sonra Qubada aşkarlanan kütləvi məzarlıqlar həmin günün dəhşətini bir daha canlandırır. Qubada 122-i kəndin yerlə yeksan olunması zamanı törədilən zorakılığı izlərini qanla suvarılan torpağımızın dərinliklərindən tapdıq. Mütəxəssisləin yalnız iki quyuda apardığı qazıntıların nəticələri erməni vəhşiliyinin həddinin olmadığını sübut edir. Kütləvi məzarlıqlara basdırılan insanların böyük əksəriyyəti uşaqlar və qadınlardır. Onların içində Azərbaycan türkləri, yəhudilər və digər qardaş millətlər də erməni təcavüzünün qurbanı olub. Bu məzarlıqlar bizim ürək göynədən yaralarımız olsa da erməni vəhşiliyinin sübut etmək üçün bəşəriyyətə hayqıran və həqiqi qiymətini gözləyən haqq səsidir.