آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

İranlı nazir 13 il əvvəl Güney Azərbaycanın İrandan ayrılacağını

İranlı nazir 13 il əvvəl Güney Azərbaycanın İrandan ayrılacağını bildirib

 

Azerbaycan Oyrenci Herekati: Əli Əkbər Vilayətinin söylədikləri indi açıqlanır . Rəfsəncaninin prezidentliyi dönəmində İranın xarici işlər naziri olmuş Əli Əkbər Vilayəti Güney Azərbaycanın əvvəl-axır İrandan ayrılacağını düşünür. Keçmiş nazir bu barədə fikrini hələ 1995-ci ildə nazirlərin Təbrizdə keçirilən iclasında bildirib. 1995-ci ildə baş verən bu hadisə barədə məlumatlar isə üstündən illər keçdikdən sonra yayılıb. Belə ki, parlament seçkilərində ikinci tura qalmış Zəncandan deputatlığa namizəd Cəmşid Ənsari bildirib ki, Vilayətini 1995-ci ildə söylədiyi fikirlər barədə onda məlumat var. Ənsarinin sözlərinə görə, həmin toplantıda türklərin yaşadığı vilayətlərə investisiya qoyuluşu müzakirə edilib və sabiq nazir də öz fikrini belə əsaslandırıb: "Niyə Azərbaycan kimi bir vilayətə sərmayə qoymalıyıqğ Azərbaycan əvvəl-axır İrandan ayrılacaq. Mən bu vilayətə sərmayə qoyulmasını məsləhət bilmirəm". ("OLAYLAR" İA)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد