آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

AKP-də QƏRAR GÜNÜ

 AKP-də QƏRAR GÜNÜ

 

AZerbaycan Oyrenci Herekati : Bu gün iqtidar partiyası bağlanmaqdan yaxa qurtarmaq üçün variantları müzakirəyə çıxaracaq Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının idarə heyəti partiyanın bağlanması haqda iddia üzrə müdafiə strategiyasını müzakirə etmək üçün toplanacaq. Mətbuatın yazdığına görə, partiyanın bundan sonra hansı yol seçəcəyi ilə bağlı müzakirələr aparılacaq

. Baş nazir idarə heyəti üzvlərinə həm siyasi partiyaların bağlanmasını çətinləşdirən Konstitusiya düzəlişləri layihəsinin hazırlanması, həm də Konstitusiya Məhkəməsində müdafiə dəlillərinin toplanması ilə bağlı səlahiyyət verəcək. Məlumata görə, partiyanın hüquqşünasları bir həftədir Konstitusiya düzəlişlərinə dair təkliflər paketi üzərində işləyirlər və həmin paket toplantıda müzakirəyə çıxarılacaq. Həmçinin AKP rəhbərliyi müxalifətlə uzlaşma, referendum variantlarını da müzakirə edəcək. Xatırladaq ki, müxalifət siyasi partiyaların bağlanmasını çətinləşdirən Konsitusiya düzəlişlərinə qarşıdır. AKP bu məsələdə MHP ilə anlaşma əldə etməyə ümid edirdi, lakin milliyyətçilər bəyan ediblər ki, onlar məhkəmənin müstəqilliyinə zərbə vuran addımlarda iqtidara ortaq olmayacaqlar. Bu ərəfədə mətbuat baş prokurorun AKP-nin bağlanması haqda iddiasında yer alan maraqlı dəlil haqda yazıb. Bildirilir ki, prokuror AKP-nin bağlanması üçün ötən ilin noyabrında “Ergenekon” əməliyyatında həbs edilən yazıçı-jurnalist Ergün Poyrazın “Çat lampa” adlı kitabını da dəlillərdən biri kimi göstərib. Həmin kitabda AKP haqda sensasion iddialar yer alırdı. Poyraz yazıb ki, Ərdoğanın Amerika kəşfiyyatı və yəhudi qurumları ilə gizli ilişgiləri var, o, Türkiyədəki dünyəvi dövləti yıxmaq üçün çalışır. Poyraz AKP haqda başqa sərt fikirlərin yer aldığı kitablar da yazıb. Vəkilinin dediyinə görə, ona həbsdə yüksək səlahiyyətli şəxslərdən biri “Baş Qərargahın, yoxsa jandarma kəşfiyyatının adamısan? Bu suala cavab ver, səni dərhal azad edim” deyib

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد