آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

ABŞ Konqresində Ermənistanda seçkilərdən sonrakı vəziyyət və bun

ABŞ Konqresində Ermənistanda seçkilərdən sonrakı vəziyyət və bunun Dağlıq Qarabağ münaqişəsinə təsiri ilə bağlı dinləmələr keçiriləcək

 

AZerbaycan öyrenci herekati: Bu il aprelin 17-də ABŞ Konqresində Ermənistanda seçkilərdən sonrakı vəziyyət və bunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarına təsiri barədə müzakirələr keçiriləcək. APA-nın ABŞ bürosunun məlumatına görə, dinləmələr Konqresdə Helsinki Komissiyasının rəhbəri Alsi Hastinqsin və senator Benjamin Kardinin rəhbərliyi ilə keçiriləcək.

Konqresdən bildiriblər ki, bu il fevralın 19-da Ermənistanda keçirilmiş prezident seçkiləri son on ilin ən ciddi siyasi böhranını yaradıb. Bu ölkədə martın 1-də polislə nümayişçilər arasında baş vermiş toqquşmalarda 8 günahsız dinc sakin öldürülüb. Bundan sonra rəsmi İrəvanın tətbiq etdiyi fövqəladə vəziyyət Ermənistanın beynəlxalq imicinə ciddi zərbə vurub. Konqresdən verilən açıqlamada daha sonra qeyd olunub ki, seçkilərdə baş nazir Serj Sarkisyan prezident seçilsə də, müxalifət hələ də onu prezident kimi tanımır və ölkədə tərəflər arasında vəziyyət gərgin olaraq qalmaqdadır. Bütün bunları nəzərə alaraq, Konqresdə siyasi böhranın Ermənistanda yaratdığı fəsadlar, ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar və rəsmi İrəvanın Minilliyin Çağırışı proqramına uyğun inkişaf etməsi məsələləri ilə bağlı dinləmələr keçirilməsinə qərar verilib.

Dinləmələrdə Dövlət Katibinin Avropa və Avroasiya məsələləri üzrə müavinin müşaviri Metyu Brayza, Ermənistan prezidentinin müşaviri Viqen Sarqsyan və sabiq prezident Levon Ter Petrosyanın mətbuat katibi Arman Qriqoriyan da çıxış edəcəklər(APA)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد