TƏBRİZ-MİYANA DƏMİRYOL XƏTTİ HƏLƏ DƏ YARIMÇIQ QALIB
AZerbaycan Oyrenci Herekati : Tehran hakimiyyəti dünyaya car çəkərək atom-nüvə sahəsində fəxrlə bəyanatlar verib beynəlxalq ictimaiyyəti narahat etməkdədir.
"ların arxasında ölkə əhalisinin yoxsullaşması, İran iqtisadiyyatının böhrana sürüklənməsi, habelə ekoloji müvazinətin pozulması kimi fəsadların durduğu heç kimə sirr deyil.."Baybək"in yaydığı xəbərə görə, Güney Azərbaycanda ekoloji vəziyyətdə yaranmış pozuntular ucbatından bir sıra xəstəliklər, o cümlədən xərçəng artıb. Ərdəbil şəhərində bu xəstəlikdən dünyasını dəyişənlərin sayı çoxalıb.Mənbənin məlumatına görə, Tehran hakimiyyəti illər uzunudur başqa bölgələrdə həyata keçirdiyi atom-nüvə, eləcə də kimyəvi sınaqlar zamanı yaranan tullantıları Azərbaycan ərazisindəki quyularda basdırır. Bu iş gizli və texnologiya sarıdan qeyri-peşəkar aparıldığından bölgələrdə çox ciddi problemlər yaradır. Məlumatlara əsasən, Azərbaycan torpaqlarının çirkləndirilməsi güney bölgələrində tibbə bəlli olmayan xəstəliklərin yayılmasına səbəb olub.Yerli müşahidəçilərin fikrincə, Tehran hakimiyyəti Azərbaycana belə münasibəti ilə onun bu gününü və sabahını, iqtisadiyyatını, ekologiyasını məhv etməyə çalışır. Onların fikrincə, paniranistlər və panfarsistlər Azərbaycanın İranın tərkibindən çıxması ehtimalının gec-tez gerçəkləşəcəyini başa düşdüklərindən bu ərazini "xaraba qoymaq istəyirlər". Amerika və İsrailin İranı bombalayacağı barədə yayılmış xəbərləri bəhanə edən Tehran hakimiyyəti "Azərbaycanda atom-nüvə proqramı istiqamətində fəaliyyət davam etdirilir", - deyə Güneydə fəsadlar törədir.Güney Azərbaycan ərazilərində radioaktiv maddələrin tullantıları üçün quyular qazmaqdan ötrü vəsait və tikinti materialı tapan Tehran hakimiyyəti Azərbaycanın bir sıra əyalətlərindəki inşaat işlərini davam etdirmir.Qərbi Azərbaycan ərazisində bir sıra tikinti işləri kərpic, sement və başqa inşaat materialları çatışmazlığı ucbatından yarımçıq qalmaqdadır. Əyalətin əlaqələndirmə və iqtisadi bölməsinin rəisi Əlirza Səfəri toplantıların birində deyib ki, inşaat materiallarının paylanmasında sistemlilik təmin olunmalıdır. Tikinti materiallarının gətirilməsi üzərində ciddi nəzarət qiymətlərin artmasına və bu sahədə inhisarçılığın yaranmasına səbəb olub.Əlirza Səfərinin sözlərinə görə, kərpicin qiymətinin bahalaşmasının səbəblərindən biri bu sahədəki bazarda vasitəçilərin çoxluğudur. Bu səbəbdən də əyalətin ticarət təşkilatları tikinti birlikləri və bu işdə maraqlı olan başqa qurumlarla əməkdaşlıq edərək kərpicin gerçək qiymətini müəyyənləşdirməli, eləcə də onun bərabər paylanmasına nəzarəti həyata keçirməlidirlər.Əlirza Səfəri qeyd edib ki, qəsəbələrdə və əyalətin mərkəzində tikinti materialları, özəlliklə kərpicin qiymətinə nəzarət məqsədi ilə mütəxəssislərdən ibarət qruplar fəaliyyət göstərəcək. Qərbi Azərbaycan əyaləti ticarət təşkilatının rəhbəri İsgəndərinin dediyinə görə, hazırda bölgədə beş xüsusi qrup işləyir və onlar kərpic və sementin qiymətinə nəzarəti gerçəkləşdirirlər. Məsələyə dair keçirilmiş toplantıda kərpicin bir tonunun 22 dollara satılması barədə qərar qəbul olunub."Ayna"nın ötən saylarından birində Təbriz-Miyana dəmiryol tikintisində inşaat işlərinin gedişi barədə məlumat vermişdik. Bu günlərdə isə Şərqi Azərbaycan əyaləti icra hakimiyyətinin tikinti işləri üzrə müavini Məhəmməd Əşrəfniya İRNA-ya bildirib ki, ikixətli Təbriz-Miyana dəmiryol xətti tikintisinin başa çatması üçün 430 milyon dollara yaxın maliyyə vəsaiti lazımdır. Bu vəsaitin veriləcəyi təqdirdə üç ildən sonra qeyd etdiyimiz istiqamətdə dəmiryol xətti istismara verilə bilər. Əyalətin icra hakimiyyəti İslam Respublikası hökumətinə Miyana-Tehran dəmiryol xəttinin çəkilməsi üçün təkliflər paketi də təqdim edib.Yerli mütəxəssislər hesab edirlər ki, bu layihənin gerçəkləşdirilməsi Şərqi Azərbaycan üçün həm də strateji mahiyyət daşıyır. Çünki həmin yol vasitəsilə əyalətin iki əsas mərkəzi - Təbrizlə Miyana arasında əlaqə yarana bilər.Məlumata görə, yaxın perspektivdə Güney Azərbaycanın Təbriz şəhərində ölkənin irimiqyaslı iqtisadi layihələrindən biri həyata keçiriləcək. Bu şəhərdə qara və əlvan metallurgiya, avtomobil sənayesi, kənd təsərrüfatı, maşınqayırma zavodlarının və s. sənaye müəssisələrinin tikiləcəyi planlaşdırılıb.Xatırladaq ki, Miyana-Bostanova-Təbriz dəmiryol xəttinin tikintisinə 2001-ci ildə başlanılıb. Amma maliyyə çatışmazlığı ucbatından işlər ləng gedib. Hazırda bütün işlərin 45 faizi görülüb. Mütəxəssislərin hesablamasına görə, bu layihəyə ildə 90 milyon dollara yaxın sərmayə qoyulmalıdır. Son iki ildə isə bu məbləğdən də az maliyyə vəsaiti ayrılıb.Onu da yada salmaq istərdik ki, İran prezidenti Mahmud Əhmədinijatın hökumətin bu əyalətlərdə keçirdiyi səyyar toplantıları zamanı bölgənin sosial-iqtisadi inkişafına diqqəti artıracağını boyun olmuşdu. 2006-cı ilin məlum may etiraz aksiyalarından sonra əlüstü Təbrizə səfər etmiş Əhmədinijat adıçəkilən tikintini də xüsusi vurğulamışdı. İranda baş verənlərdən göründüyü kimi, İslam Respublikası rəhbərliyi işləri çətinə düşəndə, bir də seçkilər ərəfəsində Azərbaycan əyalətlərini yada salır. منبع: ayna.az