آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

AMERİKANIN İRANA ZƏRBƏ PLANI YENİDƏN AKTUALLAŞIR

AMERİKANIN İRANA ZƏRBƏ PLANI YENİDƏN AKTUALLAŞIR
Müharibə bu ilin payızında başlaya bilər 


AZERBAYCAN OYRENCI HEREKATI :ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar planı yenidən aktuallıq qazanıb. Buna səbəb Birləşmiş Ştatların İran körfəzinə yeni qüvvələr cəmləşdirməsi, İsraildə keçirilən irimiqyaslı mülki-müdafiə təlimləri və nəhayət, Amerka Mərkəz Komandanlığının rəhbərinin dəyişdirilməsi olub. Misirin ingilisdilli “Əl-Əhram” qəzeti Amerika mənbələrinə istinadən xəbər verir

ki, Birləşmiş Ştatların hərbi dəniz qüvvələrinin komandanlığı Sakit okeanda növbə çəkən “Stennis” təyyarədaşıyan gəmisinə və onu müşayiət edən donanma birliyinə İran körfəzinə doğru üzməyi əmr edib. “Stennis” təyyarədaşıyan zərbə qrupunun tezliklə İran körfəzində növbə çəkən “Eyzenhauer” təyyarədaşıyanına qoşulacağı gözlənilir.
İran ətrafında vəziyyətin yenidən kəskinləşdiyini göstərən növbəti əlamət isə İsraildə genişmiqyaslı mülki-müdafiə təlimlərinin keçirilməsidir. İsrail ordusunun baş qərargahı bu təlimlərin İranla bağlı olduğunu təsdiqləməsə də, bildirir ki, yəhudi dövlətinin regiondakı terrorçu qruplar tərəfindən kütləvi qırğın silahlarından hücuma məruz qalması riski var. Qərb mənbələri isə bildirirlər ki, İsrail bu təlimləri ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara hazırlaşması haqda məlumatlar əldə etdikdən sonra keçirməyi qərara alıb. Çünki İsrail bilir ki, ABŞ-ın müdaxiləsinə məruz qalan İran ilk növbədə ona cavab zərbələri endirəcək. İsrail kəşfiyyatındakı mənbə bildirib ki, ABŞ-ın İrana müdaxilə planı hazırdır və Ağ Evdə təsdiqlənərək Pentaqona göndərilib.
Amerikanın İrana müdaxilə planlarının yenidən önə çıxmasını bugünlərdə Birləşmiş Ştatların ordu komandanlığında ediləcək yerdəyişmə də təsdiq edir. Məlum olub ki, Amerikanın İraqdakı qüvvələrinin komandanı general Devid Petreus Mərkəz Komandanlığının rəhbərliyinə gətiriləcək. Bəhreyndə yerləşən Mərkəz Komandanlığı İrana mümkün müdaxilə zamanı hərbi əməliyyatları idarə etməlidir. Maraqlıdır ki, Mərkəz Komandanlığının rəhbəri admiral Maykl Fallon bu vəzifəyə ötən il təyin edilmişdi. Lakin Fallon İrana qarşı hərbi əməliyyatlara qarşı çıxıb və bunu öz açıqlamalarında dəfələrlə dilə gətirib. Qərb mətbuatının yazdığına görə, Fallonun istefaya göndərilməsi də onun İrana dair mövqeyi ilə bağlı ola bilər. Onun yerinə təyin ediləcək general Petreus isə İrana qarşı hərbi müdaxilədə israr edən vitse-prezident Dik Çeyninin adamı sayılır. Petreusu isə İraqdakı qoşunların komandanı vəzifəsində vaxtilə Ərbildəki türk xüsusi təyinatlılarının başlarına torba keçirilməsi əməliyyatına rəhbərlik edən general Qay Oderino əvəz edəcək.
Qərb mətbuatı yazır ki, Fallonun vəzifədən azad edilməsi haqda qərar Çeyninin ötən ay Yaxın Şərq ölkələrinə etdiyi 11 günlük səfərdən  sonra qəbul edilib. Çeyni həmin səfər zamanı Türkiyədə olaraq ölkə rəhbərliyindən ABŞ-ın İrana qarşı planlarına siyasi dəstək verməyi israrla xahiş edib. Lakin məlumatlara görə, Çeyni bu səfər zamanı İrana qarşı Türkiyənin və ərəb ölkələrinin  dəstəyini qazana bilməyib. Lakin ABŞ göstərmək istəyir ki, İrana zərbələr endirməkdə qərarlıdır və bu məsələdə təkbaşına da hərəkət edə bilər. Bildirilir ki, ABŞ-ın müharibə planlarında ciddi dəyişiklik yoxdur, mümkün hərbi əməliyyatlar zamanı hava zərbələrinə üstünlük veriləcək və nüvə obyektləri də daxil olmaqla bir sıra strateji obyektlər bombalanacaq. Bombardman ediləcək obyektlərin arasında Buşəhr  AES də göstərilir. Hərbi əməliyyatlar isə ehtimallara görə, Buşun səlahiyyət müddəti başa çatmazdan əvvəl-bu ilin sonlarında başlaya bilər. Maraqlıdır  ki, ABŞ-ın İrana zərbə planları haqda məlumatların yenidən aktuallaşdığı bir vaxtda Buşəhr AES üçün nəzərdə tutulmuş yük Azərbaycan sərhədində saxlanılıb. Nəticədə stansiyanın işə salınması ləngiyir.

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد