آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

Azərbaycanın kimsənin məsləhətinə ehtiyacı yoxdur

Azərbaycanın kimsənin məsləhətinə ehtiyacı yoxdur

 

AZerbaycan Oyrenci Herekati : Rəsmi Tehranın Azərbaycana qarºı əsassız iradlarını eºitməkdəyik. Məsələ Rusiyanın İrana müəyyən yükləri göndərməsinə bağlıdır. Üç həftə bundan öncə Azərbaycan tərkibi onun üçün tam aydın olmayan yükləri sərhəddə saxlayaraq İrana keçməsinə icazə verməyib. Yalnız indi Rusiya və İran tərəfi bu iºi dilə gətirirlər. Onlar əmin imiºlər ki, Azərbaycan elə də etiraz etməyəcək və bu qonºularımız neçənci dəfə olaraq istədiklərini edəcəklər…

Üzdə bizə dost deyib, təhlükəsizliyimizə problem yarada biləcək sövdələºməni həyata keçirəcəklər. Bununla bağlı misallar istənilən qədərdir. Uzun üddət Rusiya və İran Azərbaycan ərazisindən dəmiryolu vasitəsi ilə Ermənistana müxtəlif təyinatlı yüklər göndəriblər. Azərbaycan bunlara inanaraq həmin yükləri yoxlamadan buraxıb. Eyni zamanda, bizim bəzi iºbazlarımız pul xatirinə bəziləri ilə sövdələºməyə gedərək, ermənilərə yüklər göndəriblər. Bu iºdə Qazaxıstan, Qırğızıstan və Gürcüstandakı müəyyən qüvvələrin də əli olduğu aydınlaºmıºdı. Azərbaycan prezidentinin qəti mövqeyi ilə bütün bu oyunlara son qoyuldu. Hətta qonºu Gürcüstan çox atılıb-düºsə də Azərbaycan rəhbərliyi onlara həqiqəti "yedirtdi". İndi bu məsələdə Azərbaycana etiraz edənlərin hamısı quzuya dönüblər. Oxºar proseslər Rusiyanın İrana Buºehr nüvə obyekti ilə bağlı göndərmək istədiyi yüklə gedir. İran rəsmiləri bir-birinin ardınca Azərbaycana ismarıclar göndərirlər. Onlar Azərbaycana necə hərəkət etməyi çatdırmağa çalıºırlar. Azərbaycanın İrandakı səfirini XİN-ə çağırıblar. Azərbaycanın cavabı qətidir: bizim heç kəsin məsləhətinə ehtiyacımız yoxdur. Ölkənin təhlükəsizliyi nəyi tələb edirsə, beynəlxalq hüquq normaları çərçivəsində ona əməl etməyə qərarlıyıq. Azərbaycan XİN-in bu cavabı ola bilsin ki, kimlərinsə xoºuna gəlməsin. Ancaq hər kəs qəbul etməyə borcludur ki, Azərbaycan müstəqil dövlətdir və o, öz təhlükəsizliyini təmin etmək haqqına malikdir. Azərbaycana yuxarıdan aºağı baxıb, yalan vədlərlə ona tələ qurmaq zamanı keçdi. Məhz bunu Moskva və Tehranda anlasaydılar, özlərinin xeyrinə olardı. Əslində, bu "soyuq külək" yenə ªimaldan əsib. Rusiya Azərbaycana yük haqqında müfəssəl məlumat verməli idi. Bəs bunu niyə etməyibğ Burada həm yükün təyinatı, həm də onun tərkibi görünür, qəbul olunan normalardan kənara çıxır. Açıq görünür ki, Rusiya və İran Azərbaycanın həmin informasiyalara malik olmasını istəmirlər. Deməli, orada elə məqamlar ola bilər ki, Azərbaycana qarºı müəyyən zaman istifadə olunar. Elə isə nəyə görə Azərbaycan dövlət olaraq özünə quyu qazmalıdırğ Burada Rusiyanın Qərblə İran arasında ikili oyun oynaması məqamı da mövcuddur. Rusiya BMT çərçivəsində İranın nüvə proqramı ilə bağlı bir mövqe tutur, ayrıca isə baºqa iºlər görür. Təbii ki, İran müstəqil dövlət olaraq nüvə proqramını yarada bilər. Ancaq bu məsələ ilə bağlı Azərbaycan ərazisinə aid hər hansı bir olay baº verirsə, onun haqqında ölkəmizin tam məlumatı olmalıdır. O səbəbdən Azərbaycan ərazisi üzərindən Buºehr üçün hansı yükün aparıldığını dəqiq bilməlidir. Bunun nə Qərbə, nə də ªərqə aidiyyatı yoxdur. Bu proseslərdən Azərbaycanın haqlı çıxacağına ºübhə yoxdur. Eyni zamanda, onunla zarafat etməyin də perspektivi olmadığını anlamaları gərəkdir. Rusiya Gürcüstan və İran istiqamətində siyasətində xeyli fəallaºıb və aqressivləºib. Bu, onun öz problemidir. Bölgənin təhlükəsizliyi isə təkcə bir ölkənin iradəsinə və maraqlarına tabe ola bilməz. Ona görə də hər bir dövlət məsələyə ümumi maraqlar prizmasında baxmağa məcburdur. Azərbaycanın mövqeyi həmin baxımdan digərləri üçün nümunə ola bilər. İranın etirazlarına gəldikdə isə, rəsmi Tehran bir çox incəlikləri nəzərə almaq zorundadır. Beynəlxalq hüququn tələbləri ilə hesablaºaq lazım gəlir. İranı Azərbaycan BMT-də olan səsvermələrdə dəstələyib. Çünki həqiqətə səs verib. Azərbaycanın BMT-yə ərazi bütövlüyünün bərpası ilə bağlı təqdim etdiyi son sənədə isə İran sonradan qoºulub. Yəni situasiyanı müºahidə edib, Azərbaycanın onsuz da uğur qazandığına əmin olandan sonra bizə əl uzadıb. Bununla rəsmi Tehran qüvvələr nisbətini dəyiºməyib - birinci mərhələdə Ermənistana yaxın olub, onun uduzduğunu hiss edəndən sonra Azərbaycana üz tutub. Bunun kimi manevrlərin kimlərisə çaºdıracağına ümid etmək konstruktiv deyil. Dövlətin mövqeyi dolaºıq manevrlərdə, üstüörtülü diplomatik ibarələrdə yox, səmimi və aydın siyasətdə əks olunmalıdır. Azərbaycana yönəlik də qonºularımız belə mövqe tutsa, hər ºeydən öncə özlərinə xeyir olar. Azərbaycan bunu bir-bir onlara baºa salmaqdadır. Orxan Güneyli 

www.olaylar.az

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد