Çin rəsmiləri ilə Dalay Lamanın nümayəndəsi arasında danışıqlar uğurlu olub
AZerbaycan Oyrenci Herekati : Qərargahı Hindistanda olan Tibetin sürgündəki hökuməti Çinin Şenzen şəhərində Çin rəsmiləri ilə Dalay Lamanın nümayəndəsi arasında keçirilən qeyri-rəsmi danışıqların ilk uğurlu addım olduğunu deyib.
Danışıqların gedişi barədə bu gün məlumat verən Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Gin Qanq, onun sözləri ilə desək, “bunun danışıqların başlanğıcı” olduğunu demişdir. Lakin cənab Qanq Tibetin ruhani lideri Dalay Lamanı bütün baş verən hadisələrdə günahlandırmaqda davam etmişdir.(voa)