Ölkə başçısı ikinci ildir ki, “mətbuat yırtıcıları” sırasında yer alır
AZərbaycan Öyrənci Hərəkatı : “Sərhədsiz reportyorlar” hüquq-müdafiə təşkilatı 2008-ci il üçün “Mətbuat yırtıcıları” siyahısını açıqlayıb. Bu siyahı son 7 ildə tərtib edilir və siyahıya bütün dünyada jurnalistləri hamıdan çox öldürən, təqib edən və onların hüquqlarını pozan dövlət başçıları, din xadimləri, hərbi komandirlər və mafioz qrupların adları daxil edilir. Bu il üçün “mətbuat yırtıcıları” siyahısında 39 ad var. “Bu insanları cəzalandırmağın mümkünsüzlüyü bugünkü mətbuat üçün ən böyük təhlükədir”, - deyə təşkilatın bəyanatında qeyd edilib.
Keçənilki siyahıdan 5 nəfərin adı çıxarılıb, lakin 10 yeni ad daxil edilib. “Yenilər” arasında İsrailin Təhlükəsizlik Qüvvələri, Fələstin döyüşçüləri, Türkmənistan prezidenti, Somalidən Əl-Şəəd silahlı qrupu, bu ölkənin hərbi hakimiyyəti, Şri-Lanka prezidenti və s. var.
Azərbaycan prezidentinin adı ölkədə azad mətbuata amansız təzyiqin davam etməsi ilə əlaqədar siyahıda qalıb. (Turan)