" «Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çox işimiz var»
azerbaycan oyrenci herekati: ABŞ dövlət katibi Kondoliza Rays Ermənistanan xarici işlər naziri Edvard Nalbandyana təbrik göndərib
ABŞ dövlət katibi Kondoliza Rays Edvard Nalbandyana Ermənistanın xarici işlər naziri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik məktubu göndərib.
Ermənistan XİN-in məlumatına görə, Edvard Nalbandyanı təbrik edən Kondoliza Raysın məktubunda deyilir ki, o, birgə fəaliyyət nəticəsində ABŞ və Ermənistan arasında dostluq münasibətlərinin möhkəmlənəcəyinə ümid edir: «Bizim Dağlıq Qarabağ münaqiəsinin nizamlanması prinsiplərinin hazırlanması, eləcə də Ermənistanın qonşu ölkələrlə diplomatik və iqtisadi münasibətlərin nizamlanmasına yardımı ilə bağlı işlərimiz çoxdur».
Kondoliza Rays ümid etdiyini bildirib ki, rəsmi İrəvan demokratik islahatlar və vətəndaş azadlıqlarının bərpası üçün qəti addımlar atacaq. /ANSPRESS/