" Türkiyə hərbçiləri PKK terrorçularına növbəti ağır zərbə endirib"
azerbaycan oyrenci herekati :Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi son əməliyyatdan sonra PKK təşkilatının lideri Cəmil Bayıkın ölkədən qaçdığı barədə məlumat yayılıb…
Türkiyə Silahlı Qüvvələri (TSK) Qəndil dağında keçirilən son hava əməliyyatının nəticələrini açıqlayıb. Açıqlamaya görə, terror təşkilatının lideri Cəmil Bayık xeyli sayda terorçu qrupla birlikdə qonşu ölkəyə qaçıb və qaçdığı ölkənin hüquq mühafizə orqanı əməkdaşları ilə onların arasında atışma olub. Hazırda Cəmil Bayıkın aqibətindən xəbər yoxdur. Amma Cəmil Bayıkla qaçan terrorçuların çoxunun öldüyü bildirilir. TSK açıqlamasında Cəmil Bayıkın hansı ölkəyə qaçdığını konkret bildirilməsə də, bunun İran ola biləcəyi ilə bağlı ehtimallar irəli sürülüb.. Açıqlamada Bahoz adı ilə tanınan Fərman Hüseynin də uzun illərdir məskunlaşdığı Zap bölgəsini tərk edərək Sinad-Haftanin bölgəsinə qaçdığı deyilir.
TSK başqa bir məhşur terorçunun da hazırda əməliyyatların aparılmadığı Qara Dağa qaçdığını bildirib. Onun adı göstərilməsə də türk İnternet sayıtları bunun Murad Qarailan olduğunu yazıb. TSK Qəndil dağındakı 200 terrorçunun hava əməliyyatından sonra silahlarını qoyub qaçdığını bildirir. Silahlı qüvvələrin bu açıqlamasından sonra Türkiyə prezidenti Abdullah Gül də terrorla mübarizə ilə bağlı yeni inkişafın olacağını deyib. Abdullah Gül TSK-nın mayın 1-2-də Qəndil dağında apardığı əməliyyatı indiyə qədər ən uğurlu əməliyyat adlandırıb və deyib ki, bunun yaxşı nəticələri olacaq. Bu gün isə Hakkaridə PKK terorçuları ilə TSK arasında baş vermiş atışmada 6 türk hərbçisi şəhid olub, 19 terorçu isə öldürülüb./ANS TV/