"Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozub"
AZerbaycan Oyrenci Herekati : Ağdam istiqamətində atəşkəsin pozulması nəticəsində yaralanan Azərbaycan Ordusunun əsgəri Çingiz Çəfərovun vəziyyəti isə qənaətbəxşdir. Ermənistan silahlı qüvvələri mayın 9-u günortadan başlayaraq, bu gün gecə saatlarına qədər fasilələrlə atəşkəs rejimini pozub. Erməni ordusu Ermənistanın Berd rayonunun Çinarlı kəndi ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Koxa Nəbi kəndindəki mövqelərini, həmçinin Xocavəndin Kuropatkino, Füzulinin adsız yüksəkliklərindəki mövqelərindən isə üzbəüz mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutub. Bu istiqamətlərdə qarşı tərəf susdurulub, itki yoxdur. Ağdamın Yusifcanlı istiqamətində qarşı tərəfin hücumunu dəf edərkən yaralanan Milli Ordunun əsgəri Çingiz Çəfərov isə yaxınlıqdakı hərbi hospitala çatdırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Çingiz Cəfərovun vəziyyəti qənaətbəxşdir.Qeyd edək ki, 20 yaşlı əsgər Şəmkir Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. /ANS TV/