آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

TÜRKİYƏ ERMƏNİSTANLA SƏRHƏDLƏRİ QARABAĞA GÖRƏ AÇMAYACAQ

TÜRKİYƏ ERMƏNİSTANLA SƏRHƏDLƏRİ QARABAĞA GÖRƏ AÇMAYACAQ

 

Azərbaycan Öyrənci Hərəkatı : ABŞ-dakı Ceymstaun Fondunun ekspertinə görə, sərhədlərin bağlanması İrəvana ağır zərbə vurub .

ABŞ-ın Ceymstaun Fondunun “Eurasia Daily Monitor” internet-jurnalı Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin gələcəyinə dair məqalə dərc edib. Məqalədə deyilir ki ...

 Dağlıq Qarabağ münaqişəsinin Ermənistan üçün ən ağır nəticələrindən biri də Türkiyə ilə sərhədlərin bağlanması olub. Məqalə müəllifi Con Deylin yazdığına görə, münaqişənin iqtisadi zərərlərini rəqəmlərlə ölçmək çətindir.

Belə ki, Ermənistan iqtisadiyyatı bu yaxınlaradək irəli sürünməyə çalışırdı, Azərbaycan isə neft gəlirləri hesabına iqtisadiyyatda sıçrayış edib: “İrəvan üçün bu münaqişədə ən xoşagəlməz sürprizlərdən biri 1993-cü ildə Türkiyənin Azərbaycanla həmrəylik əlaməti olaraq Ermənistanla sərhədlərini bağlamaq haqda qərarı oldu. O vaxt Türkiyənin Ermənistanla diplomatik münasibətləri mövcud deyildi, lakin bundan bir il əvvəl baş nazir Süleyman Dəmirəl sərhədləri açmışdı və bununla da Azərbaycanla münasibətlər korlanmışdı”.

Müəllif qeyd edir ki, Türkiyə ilə sərhədlərin açılmasının iqtisadi əhəmiyyətini nəzərə alaraq Ermənistanın yeni xarici işlər naziri Edvard Nalbəndyan bu günlərdə Ankaraya “zeytun budağı” uzadıb. Fransa xarici işlər naziri Bernar Kuşnerlə mayın 6-da Parisdə keçirdiyi görüşdə Nalbəndyan deyib ki, onun ölkəsi heç bir ilkin şərt qoymadan Türkiyə ilə münasibətlər qurmağa hazırdır: “Türkiyə də Ermənistanla münasibətlərin qurulmasına çalışır. Lakin ötən ilin iyun ayında xarici işlər naziri Abdullah Gül ermənistanlı həmkarı Vardan Oskanyanla Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısındakı görüşü zamanı ona bildirmişdi ki, əvvəlcə Ermənistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanla razılaşma əldə etməlidir. Ermənistanla Azərbaycan arasında münaqişə yeni sayılsa da, ermənilərin Türkiyə ilə problemlərinin kökü daha dərindir. Ermənistan Osmanlı dövründə Türkiyədə yüz minlərlə erməninin öldürülməsini genosid kimi təqdim edir. Erməni lobbisi uzun illər boyu ABŞ-da da 1915-ci il hadisələrinə bu cür qiymət verməsi üçün çalışıb, nəticədə Ankara ilə Vaşinqton arasında dəfələrlə diplomatik gərginlik yaranıb”.

Məqalədə deyilir ki, İrəvan üçün Bakı və Ankaraya münasibətdə xarici siyasətin təmiz nəticəsi diplomatik təcrid olub, bu isə öz növbəsində iqtisadi inkişaf tempini ləngidib, iqtisadiyyata mənfi təsir göstərib. Müəllifin yazdığına görə, ötən il ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Ermənistanda ümumi daxili məhsulun artım tempinin 13,7 faiz olduğunu göstərib.
MKİ hesab edir ki, Ermənistan hökuməti ölkədəki kasıblığı və işsizliyi aradan qaldırmaq üçün islahatları sürətləndirməlidir: “Ermənistan üçün acı həqiqətlərdən biri də odur ki, bu ölkə enerjidaşıyıcılarında Rusiyadan tam asılıdır. İrəvan üçün diplomatik təcridin nəticələrindən biri də Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Qars layihələrindən kənarda qalmasıdır. Türkiyə davamlı olaraq bəyan edib ki, Ermənistanla münasibətlərin qurulmasının başlıca şərtlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Lakin münaqişənin həlli üçün vasitəçilik edən Minsk Qrupu həmsədrləri istəyir ki, Türkiyə sərhədlərini açsın. Onların fikrincə, sərhədlərin açılması münaqişənin həllinə də kömək edərdi”.
Ceymstaun Fondunun əməkdaşı onu da qeyd edib ki, İrəvan üçün seçim variantları tamamilə aydındır. Əgər Ermənistan Türkiyə ilə münasibətlərin qurulmasını istəyirsə, qonşuları ilə ərazi və ideoloji mübahisələrində güzəştlərə getməlidir: “Əgər ötən 15 ilin hadisələri Türkiyə və Azərbaycanın Ermənistansız yaşaya biləcəyini göstərdisə, məlum oldu ki, Ermənistan üçün Türkiyə ilə münasibətlərin qurulması üçün ilkin şərtlər irəli sürüb-sürməməsindən asılı olmayaraq, yaşamaq daha çətindir”. (musavat)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد