آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

ATƏŞKƏSDƏN YALNIZ ERMƏNİLƏR QAZANDI”

ATƏŞKƏSDƏN YALNIZ ERMƏNİLƏR QAZANDI”

Bişkek protokolunun imzalanmasından 14 il ötdü

 

AZərbaycan Öyrənci Hərəkatı : Bu gün Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunmasından düz 14 il keçir. 1994-cü il mayın 8-də Qırğızıstan paytaxtı Bişkəkdə imzalanan və mayın 12-də qüvvəyə minən bu protokoldan sonra davamlı sülh sazişlərinin imzalanması nəzərdə tutulsa da, qeyri-müəyyən vəziyyət bu günə kimi davam edir. Danışıqlar prosesi ...

artıq qeyri-ciddi xarakter alıb və dalana dirənib.

Müşahidələr onu deməyə əsas verir ki, 1994-cü ildən bu yana Qarabağ bizdən daha da uzaqlaşıb. Ekspertlər hesab edirlər ki, qeyri-müəyyən vəziyyətin davam etməsi birmənalı şəkildə Azərbaycanın ziyanınadır. Əlbəttə, vəziyyətin bura qədər gəlib çıxmasının obyektiv və subyektiv səbəbləri var. Supergüclərin Qarabağ münaqişəsinin beynəlxalq qanunlar çərçivəsində çözülməsinə maraq göstərməməsi, başqa sözlə onların bu məsələdə Ermənistanı dəstəkləməsi Azərbaycan torpaqlarının hələ də işğal altında qalması ilə nəticələnib. Subyektiv səbəblərə gəlincə, ekspertlər hesab edir ki, əgər Azərbaycanın güclü ordusu olsaydı, heç danışıqlara ehtiyac qalmazdı. Düzdür, 1994-cü illə müqayisədə ordumuz xeyli güclənib. Amma bu, yetərli deyil. Müstəqil ekspertlər bildirir ki, indiki səviyyə arxasında Rusiya dayanan Ermənistan ordusunu yerində oturtmağa qadir deyil...

14 illik atəşkəs bizə nə verdi? Bu qeyri-müəyyənlik nə vaxta kimi davam edəcək? Bu və digər suallarımıza cavab tapmaq üçün konfliktoloq Elxan Mehdiyevlə danışdıq. E.Mehdiyev bu mövzuda danışmağa çətinlik çəkdiyini dedi: “Bu barədə danışmaq bir vətəndaş olaraq mənimçün çox ağırdır. Bəlkə də öz sahəm üzrə yeganə məsələdir ki, buna cavab verməkdə çətinlik çəkirəm. Ötən 14 il göstərdi ki, bu atəşkəs, qeyri-müəyyən vəziyyət, yalançı görüşlər, torpaqlarımızın işğal altında qalması Azərbaycan hakimiyyətinə lazım olub. Əslində, 14 ildə gedən prosesləri danışıqlar adlandırmaq qətiyyən düzgün deyil. Hətta bu yaxınlarda hakimiyyət rəsmisi Araz Əzimov da aydın şəkildə etiraf etdi ki, bu, danışıq deyil, sadəcə görüşlərdir. Danışıq ona demək olar ki, bu, hansısa məsələnin ətrafında olsun, konkret problem müzakirə olunsun. İndiyə qədərki və bu gün də davam edən proses yalançı görüşlərdir”.

E.Mehdiyev söylədi ki, atəşkəs dövründə yalnız erməni tərəfi heç özlərinin də ağlına gəlməyən dərəcədə qazanıb: “Onlar faktiki olaraq bu gün üçün Dağlıq Qarabağı Azərbaycandan ayırıblar. Azərbaycan iqtidarı isə bayram edir. Atəşkəs deyilən nəsnənin adı budur. Ermənilər öz istəklərinə çatıblar, Azərbaycan hakimiyyəti isə hər gün bir atəşfəşanlıq edir, yubiley keçirir, konsertlər verir, milli qəhrəmanlar, generallar düzəldir, mükafatlar verir. Bu, dünyada müqayisəsi olmayan bir təzaddır. Bir tərəfdən də torpaqlarından didərgin düşmüş məcburi köçkünlər qırılır, məhv olur. Bununla belə, kağız üzərində məcburi köçkünlərin sayını bir milyona çatdırıblar”.

Həmsöhbətimiz bildirdi ki, Azərbaycan hakimiyyəti elə bir acınacaqlı vəziyyət yaradıb ki, onun bundan sonra da yalançı görüşləri davam etdirməkdən başqa yolu yoxdur: “Bu minvalla, bu mövqe ilə başqa nə edə bilərlər ki? Əgər Azərbaycan hüquqi dövlət olsaydı, onun qüdrətli ordusu olsaydı, vəziyyət bu yerə gəlib çatmazdı. Bunu isə etmədilər. Əgər qüdrətli ordu olsaydı, münaqişə çoxdan dinc yolla həll olunmuşdu. Yəni qüdrətli ordu, demokratik dövlət olandan sonra heç ordunun müdaxiləsinə ehtiyac qalmayacaqdı, ermənilər geri çəkilməyə məcbur olacaqdılar. Amma təəssüflər olsun ki, Azərbaycan iqtidarı başqa yol tutdu”. (musavat)

 

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد