AP “erməni soyqırımı” iddiasını rədd etdi
AZerbaycan Oyrenci Herekati : Dünən Avropa Parlamenti hollandiyalı xristian-demokrat parlamentari Ria-Oomen Ruijtenin Türkiyədəki vəziyyət barədə hazırladığı sənədi müzakirədən keçirərək qəbul edib.Parlamentarilərin 62-si sənədin əleyhinə, 467-si lehinə səs verib, 61 nəfər isə bitərəf qalıb. Bir qrup fransız ..
deputat 1915-ci ildə baş verdiyi iddia edilən uydurma erməni soyqırımının təsdiqi üçün sənədə dəyişikliklər edilməsi təklifini irəli sürsələr də, onların bu istəyi qəbul olunmayıb. Sənəddə həmçinin Türkiyədə 1 may hadisələri zamanı polisin nümayişçilərə qarşı həddindən artıq güc tətbiq etməsindən AP-nin narahatlıq duyduğu da qeyd edilib. Son dövrlərdə Türkiyədə ən çox müzakirə mövzularından biri olan Anayasanın 301-ci maddəsinin dəyişdirilməsi sözügedən sənəddə islahatlar yönündə müsbət addım kimi dəyərləndirilsə də, Türkiyədən bu istiqamətdə fəaliyyətlərinin davamı istənilib. Tövsiyə xarakteri daşıyan bu sənəddə daha çox iqtidardakı AK Partiyanın bağlanmasının Türkiyə üçün ciddi əngəllər doğura biləcəyi xüsusi vurğulanıb. Sənəddə yazılıb ki, AK Partiyanın bağlanması daha çox demokratiyaya zərbə vuracaq və Avropada bu cür insidentlərin analoqu yoxdur. Sənəddə o da qeyd olunub ki, iqtidar partiyasının bağlanması Venesiya Komissiyasının tələblərinə ziddir, əgər Anayasa Məhkəməsi AK Partiyanın bağlanması haqda hökm çıxararsa, Türkiyə ilə AB arasında münasibətlər çox kritik xarakter ala, hətta dayandırıla bilər. Universitetlərdə qızların başlarını bağlaması məsələsinə də sənəddə geniş yer ayrılıb və “Universitetlərdəki baş örtüyü qadağasının xalqın görüşlərini əsas götürərək, genişmiqyaslı bir islahat paketi içində həll edilməsi”nin önəmi xüsusi vurğulanıb.Hollandiyalı parlamentarinin hazırladığı bu sənəddə Türkiyəyə Ermənistanla əlaqələri yenidən qurmaq, sərhəd qapılarını açmaq və regionda iqtisadi inkişafın təmini üçün ətraf ölkələrlə iqtisadi əməkdaşlığı gücləndirmək tövsiyə edilib.. Bu sənəddə AB-yə və eləcə də Türkiyəyə viza məsələlərində bir çox məqamların yumşaldılması təklifi də yer alıb. ( zaman.az)