"Ermənilər növbəti dəfə atəşkəsi pozublar"
AZerbaycan Oyrenci Herekati : Bütün hallarda düşmən cavab atəşilə susdurulubErmənistan silahlı qüvvələrinin bölmələri iyunun 1-də müxləif saatlarda fasilələrlə atəşkəs rejimini yenidən pozublar. Ermənilər saat 09.30-dan 14.15-dək ara-sıra Ermənistanın Berd rayonunun Mosesqex və Çinari kəndlərindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisində yerləşən mövqelərini, saat 12.00-dan 12.05-dək və saat 22.30-da Ağdamın Mərzili və Yusifcanlı kəndləri, saat 23.30-dan iyunun 2-i saat 02.45-dək fasilələrlə Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, eləcədə saat 00.10-dan 00.45-dək Ağdam rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur. /ANS PRESS/