آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

"NAXÇIVAN DA SÜRƏTLƏ KÜRDLƏŞDİRİLİR" Gəlmələr uşaqlarını yerli m

"NAXÇIVAN DA SÜRƏTLƏ KÜRDLƏŞDİRİLİR" Gəlmələr uşaqlarını yerli məktəblərə qoymağa başlayıblar

 

AZerbaycan Oyrenci Herekati : Ötən saylarımızın birində Naxçıvanda bütün tikinti işlərini inhisara almış, PKK simpatizanı Emil Uçara məxsus “Gəmiqaya” şirkətinin bir sıra işçilərinin xüsusi dövlət nömrə nişanı olan maşınlarda hərəkət etdiyi barədə yazmışdıq. Qeyd etmişdik ki, Naxçıvanda bina və yol tikintisi ilə məşğul olan Emil Uçar Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovla şərikdir və inşasına təzə başlanan Naxçıvan-Şərur-İqdır magistral yolunun çəkilişini də məhz onun şirkəti həyata keçirir. Həmin vaxt bölgədəki mənbəmiz onu da bildirmişdi ki, Naxçıvanda kütləvi işsizlik olmasına baxmayaraq, muxtar respublikaya Türkiyədən kürd əsilli işçilər gətirib, hətta onların Naxçıvanda məskunlaşmasına şərait yaradır

Görülən iş isə olduqca kefiyyətsizir. Çünki E.Uçarın şirkətinin tikdiyi binalar və digər obyektlər 6-7 aydan sonra yenidən təmir edilir. Mənbənin məlumatına görə, açılışında dövlət başçısının da iştirak edəcəyi “Naxçıvan-Şərur-İqdır” yolunun tikintisinin məhz Uçarın şirkətinə  tapşırılması ən azı cinayətdir.

Dünən yerli qaynaqlardan aldığımız xəbərə görə, yolun tikintisi üçün Naxçıvana daha 50-yə yaxın fəhlə gətirilib. Tikintidə işləyəcək mühəndis-texniki heyət üçün isə xüsusi maşınlar ayrılıb. Mənbənin dediyinə görə, E.Uçara yaxın bu adamlar 70 AA və 85 AA seriyaları ilə başlayan maşınlarda hərəkət edirlər. Heç kimə sirr deyil ki, bu seriyalarÿ dövlət maşınlarına verilir. Naxçıvanın yol polisinə isə bu maşınları saxlamaq qadağan edilib. Dünən elə bu səbəbdən Naxçıvan şəhərində yol polisi ilə PKK simpatizanlarından biri arasında insindent baş verib. Yol hərəkəti qaydalarını kobud şəkildə pozan 85 AA 504 “Hunday” markalı maşının sürücüsü yol polisinin “dayan” əmrinə məhəl qoymayıb. Polislər həmin maşını qovaraq saxlayıblar.

Mənbənin dediyinə görə, maşındakılar sərxoş olublar. Polislər onlardan sənədlərini tələb etdikdə isə, sürücü telefonla harasa zəng vurub. İki dəqiqə keçməmiş yol polislərinə zəng edərək bildirilib ki, maşını sərbəst buraxsınlar. Qaynaq onu da bildirdi ki, həmin maşın E.Uçarın şirkətində maliyyə məsələlərinə sorumlu olan şəxsidir.

Bölgədən aldığımız başqa bir xəbərə görə isə, Naxçıvanda kök salmış kürdlər artıq öz övladlarını da ora gətirməkdədirlər. “Maraqlısı odur ki, onlar uşaqlarını nədənsə türk litseyinə yox, Naxçıvanın orta məktəblərinə qoyurlar”, - deyə mənbə bildirir.

Şərur rayonunun əksər kəndləri isə 3 gün əvvəl baş vermiş qasırğadan sonra hələ də işıqsızdır. Qasırğa nəticəsində aşan dirəkləri bərpa etmək üçün kəndlərdə camaatdan pul yığıldığı bildirilir. Könüllü şəkildə pul vermək istəməyənlərə isə deyiblər ki, onların evinə işıq çəkilməyəcək. (musavat)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد