آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

Fars-erməni ittifaqı məkrli niyyətlərinə çatmadılar

Fars-erməni ittifaqı məkrli niyyətlərinə çatmadılar

 

AZerbaycan Oyrenci Herekati : İyul ayının 6-da Dünya Azərbaycanlıları Konqresinin 10-cu qurultayı öz işinə başladı. Qurultay nümayəndəsi olaraq Almaniyanın Köln şəhərində keçirilən qurultayda iştirak edən baş yazarımız Aqil Ələsgərin sözlərinə görə, qurultay bütün maneələrə rəğmən uğurlu başlayıb.

A.Ələsgərin sözlərinə görə ...

 Köln şəhərində yerləşən “Ramada” hotelində keçirilən qurultaya dünyanın müxtəlif ölkələrindən olan qurultay nümayəndələri və qonaqlar qatılıblar: “Ayın 6-da öz işinə başlayan qurultay dünya azərbaycanlılarının çox önəmli problemlərinə dünyanın diqqətini çəkməyi hədəfləyib və ilk günün təsirləri deməyə əsas verir ki, Sabir Rüstəmxanlının sədrlik etdiyi Dünya Azərbaycanlıları Konqresi hədəflərinə çatacaq. Bxmayaraq ki, istər İran, istərsə də erməni lobbisi DAK-ın qurultayı ilə bağlı müxtəlif provokasiyalar hazırlamışdılar. Ancaq erməni-fars ittifaqı niyyətinə çatmadı. Əminəm ki, qurultayın baş tutmamasına çalışan həm daxili, həm də xarici qüvvələr Azərbaycan xalqına cavab verəcəklər”.

Aqil Ələsgər bildirdi ki, ilk gün DAK sədri Sabir Rüstəmxanlının giriş sözü ilə açılan qurultayda müxtəlif ölkələrdən gəlmiş nüfuzlu ictimai-siyasi xadimlər, o cümlədən millət vəkilləri Cəmil Həsənli və Gülər Əhmədova çıxış edərək, qurultay nümayəndələrini təbrik ediblər. (Yeni Çağ)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد