DAK Gənclər Təşkilatı “Güney Azərbaycanda insan haqlarının bugünkü durumu” mövzusunda dəyirmi masa keçirdi
AZerbaycan Oyrenci Herekati : Bu gün 5 iyun 2008-ci il tarixində Dünya Azərbaycanlıları Konqresinin mərkəzi ofisində DAK Gənclər Təşkilatının təşəbbüsü ilə “Güney Azərbaycanda insan haqlarının bugünkü durumu” mövzusunda dəyirmi masa keçirdi.
Dəyirmi masanı giriş sözü ilə DAK Gənclər Təşkilatının sədri Mərdan Seyidli açaraq ...
bu günkü İran adlanan ölkədə insan haqları kobudcasına pozulmaqdadır. Bizim bura toplaşmağımızın səbəbi də 35 milyon Güney Azərbaycan türkünün İran hakimiyyəti tərəfindən ibtidai və milli haqlarının pozulması dözülməz həddə çatmışdır. Buna baxmayaraq İran hakimiyyəti beynəlxalq insan haqları konvensiyalarına qoşulmağını yaddan çıxararaq, dünya qanunlarına zidd əməllər törədərək İran adlanan ölkədə qeyri-fars millətlərə qarşı bütün cinayətlərə əl atmaqdadır. Son günlərdə İran mətbuatında televiziya və dövlət rəsmiləri tərəfindən Müstəqil Azərbaycanın ərazisində insan haqlarının pozulduqlarını və dolayısı ilə Azərbaycan dövlətinə qarşı əhalini təhrik edən yazılar və proqramlar hazırlamaqdadır. Bu istiqamətdə biz Dünya Azərbaycanlıları Konqresi olaraq ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, dünyada bir nömrəli insan haqları pozulan ölkə varsa o da İran dövlətidir.
Bu məsələlərə aydınlıq gətirmək üçün söz DAK Koordinasiya və informasiya mərkəzinin rəhbəri güneyli Əlirza Amanbəyliyə verildi. O bildirdi ki, 30 il bundan öncə İranda hakimiyyətə gələn faşist molla hakimiyyəti ilk gəldiyi gündən Güney Azərbaycan türklərinə qarşı həmçinin İranda yaşayan qeyri-fars millətləri məhv etmək üçün bütün tədbirləri həyata keçirməyə başladı. Bu müddət ərzində Güney Azərbaycanda iqtisadi və ictimai vəziyyəti günü-gündən ağırlaşdıraraq Güney Azərbaycan ərazilərində kütləvi represiya və asimiliyasiya siyasəti həyata keçirərək antitürk ideologiyasını İranda aşılamağa həyata keçirdi. Bunun nəticəsində inqilablar beşiyi olan Güney Azərbaycan ərazisində öz milli və mədəni haqlarını əldə etmək üçün milli oyanış hərəkatı start götürdü. Günü-gündən güclənməyə doğru gedən Güney Azərbaycan Milli Azadlıq Hərəkatı güclənməyə başladı. Bundan qorxuya düşən İran hakimiyyəti milli hərəkatı boğmaq üçün planlı şəkildə milli fəalları, siyasi-ictimai, jurnalistləri, incəsənət xadimlərini həbs edərək ağır işgəncə uzunmüddətli həbslərə başladı. Regionda və dünyada təhlükəli bir dövlət olan İran hakimiyyəti öz məkrli siyasətini din pərdəsi arxasında həyata keçirmək məqsədilə terror və komunikasiya dəstələri yaradaraq, İran daxili və xarici ölkələrdə sabitlikləri pozmaq üçün əməliyyatlar həyata keçirir. 2007-ci ildə rəsmi mənbələrdə göstərilir ki, 470 nəfər açıq şəkildə əhalinin gözü qarşısında edam edilib. Qadınlar daş-qalaq edilərək öldürülür, azyaşlı uşaqlar edam edilir. Bütün bəşəriyyətə zidd olan ağır cəzalar insanlara tətbiq olunur. İran dünyada insan haqlarının kobud şəkildə pozan bir nömərli faşist və diktator hakimiyyət hesab olunur. Dini azlıqlar ermənilərdən başqa heç bir haqq və hüquqa malik olmamaqla yanaşı təzyiq və təhdidlərə və çox hallarda ölümə məhkum edilirlər.
GAİP Strateji Araşdırma Mərkəzinin rəhbəri Sadiq İsabəyli Güney Azərbaycanda və İranda insan haqlarının vəziyyəti çox acınacaqlı olduğunu bildirdi və soydaşlarımızın hüquqlarının müdafiəsi yönündə diaspora təşkilatlarının üzərinə böyük məsuliyyət düşdüyünü bəyan etdi. O bildirdi ki, biz nə qədər ümumilli məsələlərdə bir araya gələ bilməyəcəyiksə bizim soydaşlarımıza qarşı fars şovinistlərinin cinayətləri günü-gündən artacaqdır. Bütün təşkilatlar ideoloji və siyasi xəttindən asılı olmayaraq Güney Azərbaycan türklərinin haqq səsini dünyaya çatdırmaq üçün birgə iş aparmalıdır.
GAMOH Quzey Azərbaycan nümayəndəsi Ağrı Qaradağlı öz çıxışında may hadisələrinin ildönümünə toxunaraq bildirdi ki, İran hakimiyyəti qeyri-fars millətlərə, özəlliklə Güney Azərbaycan türklərinə istər milli, istər iqtisadi cəhətdən bütün insan haqlarını pozaraq yerli əhalini öz ata-baba yurdlarından çıxarıb, onların yerinə qeyri-türk, hətta erməni mənşəli İran vətəndaşları yerləşdirmək və bu siyasətə etiraz edən Muğan bölgəsinin əhalisinə qarşı zor tətbiq edərək silahlı basqınla əhalinin torpaqlarını zəbt etmək niyyətindədir. Son günlərdə Güney Azərbaycanın bütün bölgələri polis və təhlükəsizlik qüvvələri tərəfindən doldurulmuş və günahsız dinc əhaliyə qarşı bütün güclərindən istifadə edirlər. Beynəlxalq insan haqları təşkilatları İran adlanan ölkədə hansı durum olduğunu yaxşı bilsə də lakin bu məsələyə ciddi yanaşılmır.
Sonra çıxış edən DAK Ağsaqqallar şurasının sədr müavini Cavanşir Rzazadə, DAK üzvü Dünyaxanım Əliyeva, Səadət Qarabağlı DAK Gənclər təşkilatının üzvləri İranda insan haqları ilə bağlı öz fikirlərini bildirdilər. Gənclər hər zaman Güney Azərbaycandakı soydaşlarımıza dəstək olacağını və bu yöndə əlllərindən gələni əsirgəməyəcklərini bildirdilər.
Dəyirmi masa GünAz televiziyası ilə qeydə alınaraq yayımlanacaqdır.