ƏRDOĞAN PKK-ya JEST EDİR.
AZerbaycan Oyrenci Herekati : Baxçalı kürd kanalına görə baş naziri hədəfə alıb. Türkiyədə hökumətin kürd dilində telekanal açmaq qərarı müxalifətin etirazlarına səbəb olub. MHP lideri Dövlət Baxçalı partiyasının dünənki qrup toplantısında çıxışı zamanı bildirib ki, hökumətin bu addımı PKK-ya edilmiş jestdir ...
“Edilən güzəştlər bununla bitməyəcək, ardınca kürd dilində təhsil gələcək”.
Qeyd edək ki, baş nazir Rəcəb Tayyib Ərdoğan TRT kanallarından birində yayımın kürd dilində olacağını bildirib. Baxçalı hesab edir ki, qanunlarda müvafiq düzəlişlər edilmədən kürd dilində 24 saat yayın veriləcəyi haqda baş nazirin sözləri PKK-ya yönələn jestdir: “Bununla da hökumət PKK-nın təzyiqinə boyun əyir. Güzəştlər bununla bitməyəcək və ardınca ana dilində təhsil gündəmə gələcək. AKP-nin siyasəti nəticəsində türkcə ana dili olmaqdan çıxıb bölgə dilinə çevriləcək” . (Musavat)