آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

ƏL-QAİDƏ” DAĞLIQ QARABAĞDAN NÜVƏ MATERİALI ƏLDƏ EDƏ BİLƏR

ƏL-QAİDƏ” DAĞLIQ QARABAĞDAN NÜVƏ MATERİALI ƏLDƏ EDƏ BİLƏR

 

AZerbaycan Oyrenci Herekati : The Guardian” qəzeti yazıb ki, bölgədəki münaqişə Avropa üçün birbaşa təhlükə təşkil edir

Britaniyanın nüfuzlu “The Guardian” qəzeti Dağlıq Qarabağ

münaqişəsindən bəhs edən məqalə dərc edib. Məqalənin müəllifi AleksandrPeterson yazır ki, bu münaqişənin kökündə etnik-dini səbəblər dayanır:

Erməni qüvvələri Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın bu

bölgəsində yaşayan millətlərini müdafiə etmək adı altında bu ölkənin

ərazilərinin bir hissəsini zəbt edib. Bəs nəyə görə 20 ildir yaxındır

davam edən bu münaqişənin bizə, yəni Avropaya da dəxli var?”

Peterson

yazır ki, indi “dondurulmuş münaqişə” adlanan Dağlıq Qarabağ bölgəsində

uzun illərdir irimiqyaslı hərbi toqquşmalar baş verməyib, lakin

münaqişənin həlli istiqamətində göstərilən səylər də nəticə verməyib və

situasiya gərgin olaraq qalır. “Erməni qüvvələri Dağlıq Qarabağı və

ətrafdakı ”bufer zona" adlandırdıqları yeddi rayonu nəzarətdə saxlayır.

Qarabağda iddia edirlər ki, müstəqil dövlətdirlər, lakin Ermənistanın

köməyi olmadan heç vaxt yaşaya bilməzlər. Dağlıq Qarabağ da daxil

olmaqla ermənilərin nəzarətində olan bütün bölgələr Azərbaycanın

beynəlxalq miqyasda tanınmış əraziləridir. Bölgədə hökm sürən təhlükəli

vəziyyət Dağlıq Qarabağın Avropa Birliyi vətəndaşlarına da birbaşa aid

olan bir sıra beynəlxalq təhdidlər üçün münbit ərazi olduğunu göstərir.

Keçmiş sovet respublikaları ərazisindəki digər dondurulmuş

münaqişələrlə yanaşı Qarabağ silah qaçaqmalçıları, narkotik maddələr,

insan alveri, çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlar

üçün nəzarət olunmayan “qara dəlik” rolunu oynayır. Tamamilə mümkündür

ki, London küçələrində satılan heroinin, Parisin ətraf məhəllələrində

satılan qanunsuz silahların, Berlin küçələrindəki yetkinlik yaşına

çatmayan fahişələrin də Qarabağ kimi nəzarət olunmayan ərazilərə dəxli

var".

Müəllifin fikrincə, əgər “əl-Qaidə” kimi beynəlxalq terror

şəbəkəsi nə vaxtsa sovet nüvə materiallarına çıxış imkanı əldə etsə,

deməli bu hadisənin də Dağlıq Qarabağ kimi nəzarət olunmayan ərazilərə

aidiyyatı olacaq. Peterson yazıb ki, Böyük Britaniyanın və digər Avropa

ölkələrinin hərbi doktrinalarında nəzarət edilməyən ərazilər ən başlıca

təhdid mənbəyi kimi göstərilir. “Ona görə də NATO qüvvələrinin

Əfqanıstanda beynəlxalq təhdidləri azaltmaq üçün döyüşdüyü bir vaxtda

Avropa Birliyi də öz sərhədləri yaxınlığındakı Dağlıq Qarabağ kimi

təhdidləri aradan qaldırmaq üçün işləməlidir”, deyə məqalədə

bildirilir. Müəllif yazıb ki, Sankt-Peterburqda iki ölkənin

prezidentlərinin yüksək səviyyəli görüşü bu işi görmək üçün bir daha

imkan yaradır. Məqalədə deyildiyinə görə, bu görüş ona görə əhəmiyyət

daşıyır ki, Ermənistanın yeni prezidenti Serj Sərkisyan ilk dəfə

azərbaycanlı həmkarı İlham Əliyevlə görüşürdü. “Zorakılıqlarla və

İrəvan küçələrində hərbi vəziyyət elan edilməsi ilə müşaiyət olunan

seçkilərdən sonra hakimiyyət başına gələn Sərkisyan əvvəlki prezident

Köçəryana nisbətən Qarabağda sülh əldə edilməsi üçün daha açıq hesab

edilir. Bu bölgədən olan Sərkisyanın sülhə nail olmaq üçün əlində

hakimiyyət var”.

Məqalədə deyilir ki, Ermənistanda hakimiyyət

dəyişikliyi Azərbaycana lazım olan vaxtda baş verib. Çünki bu ilin

oktyabrında Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində

Qarabağ münaqişəsinin həlli gündəmin ən vacib məsələsinə çevrilib. Belə

bir vaxtda neftlə zəngin Azərbaycanın hərbi büdcəsi dəfələrlə artaraq

Ermənistanın ümumi büdcəsini keçib. “1 milyona yaxın qaçqının ağır

durumu münaqişəni tezliklə həll etmək üçün Azərbaycan hakimiyyətinə

basqı təşkil edir”.. Müəllifin fikrincə, Minsk Qrupunun həmsədrlərindən

biri olan Fransa bölgədə sülhə nail olmaq üçün Avropa Birliyi adından

yol xəritəsi” işləyib hazırlamalıdır. Belə ki, gələn il AB-ə sədrlik

edəcək ölkə kimi Fransanın münaqişəni bu qurumun gündəminə daşımaq üçün

yaxşı şansı var. “Lakin bu səylər Böyük Britaniya,  Almaniya, İtaliya

və digər iri AB üzvlərinin də kollektiv dəstəyini tələb edir. Avropa bu

bölgədə Balkanlardakı kimi irimiqyaslı müharibənin başlamasına yol verə

bilməz. Bölgədəki münaqişənin həll edilməmiş qalması və təhükəli

status-kvo" da seçim deyil. Ona görə də Brüssel və Avropanın digər

nüfuzlu paytaxtları Bosniya və Kosovo münaqişələrindən dərs

çıxarmalıdır. Avropa yaxın sərhədlərindəki münaqişələri görməməzliyə

vurmaqla təhlükədən qaça bilməz".(musavat)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد