Çingiz Aytmatov vəfat edib"
AZerbaycan Oyrenci Herekati : Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov müalicə olunduğu Almaniyanın Nürnberq klinikasında iyunun 10-da 80 yaşında vəfat edib.
Ç. Aytmatovun müşaviri Alimcan Mirzəyev bildirib ki, dəfn mərasiminin təşkili üçün Qırğızıstan prezidenti Qurmanbek Bakiyevin rəhbərliyi ilə xüsusi dövlət komissiyası yaradılacaq. Ç. Aytmatovun dəfn mərasimi iyunun 14-də keçiriləcək. O, Bişkek yaxınlığındakı "Ata-Beyit" memorialında, atasının yanında torpağa tapşırılacaq.
Qeyd edək ki Ç. Aytmatov mayın 16-da böyrək çatışmazlığı diaqnozu ilə Nürnberq klinikasına yerləşdirilib və bu müddətdə süni nəfəs aparatına qoşulub. İyunun 10-da onun vəziyyəti kəskin pisləşib və yazıçı dünyasını dəyişib.(zaman.az(