آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

25 yaşlı fəal işgəncə verilərək öldürülüb

25 yaşlı fəal işgəncə verilərək öldürülüb

 

AZerbaycan Oyrenci Herekati : İranda Azərbaycan fəallarından Fərhad Möhsininin cəsədi tapılıb. O, may hadisələrinin iştirakçılarından biri idi və həmin hadisələr zamanı güllə yarası alaraq, həbs olunmuşdu.

Ailəsinin «Savalanın səsi»nə verdiyi məlumata görə, Fərhad Möhsininin axtarılması ilə bağlı rəsmi dövlət orqanlarına müraciət etsələr də bu nəticəsiz qalıb.

Ancaq fəalın cənazəsi iyunun 11-də gizli servis tərəfindən meyitin yarılması mərkəzinə verilib. Fəalın ailəsinə xəbərdarlıq ediblər ki, bu barədə heç kimə məlumat verməsinlər.

2006-cı ildə rəsmi «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq həmin ilin mayın 22-də etiraz aksiyaları keçirilib. Fərhad Möhsini məhz may hadisələrinin ildönümü ərəfəsində yoxa çıxmışdı.(azadliq)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد