آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

ERMƏNİLƏRİN TÖRƏTDİYİ YANĞINLAR AŞPA-NIN YAY SESSİYASINDA GÜNDƏM

ERMƏNİLƏRİN TÖRƏTDİYİ YANĞINLAR AŞPA-NIN YAY SESSİYASINDA GÜNDƏMƏ GƏTİRİLƏCƏK"

 

AZerbaycan Oyrenci Herekati: Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin törətdiyi yanğınlar Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında gündəmə gətiriləcək. Bu barədə məlumat verən Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki

", məsələ ilə bağlı ətraflı məlumatlar Avropa Şurası rəhbərliyinə çatdırılıb.

İyunun sonlarında keçiriləcək Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanla bağlı bir neçə məsələ müzakirə ediləcək. Bu barədə məlumat verən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seydiov bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunan torpaqlarından hələ də çıxarılmaması, atəşkəsin tez-tez pozulması, ekoloji vəziyyətlə bağlı məsələlər gündəmə gətiriləcək. Ermənilərin Azərbaycanın işğal olunan ərazilərində törətdiyi yanğınlar məsələsinə xüsusi diqqət yetiriləcək.
Yay sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məruzə də müzakirəyə çıxarılacaq.

Sənəddəki bəzi məsələlərin rəsmi Bakını qane etmədiyini deyən Səməd Seyidov qeyd edib ki, Azərbaycana qarşı qeyri-obyektiv münasibət müşahidə olunsa, nümayəndə heyəti öz etiraz səsini ucaldacaq.. Sessiyada əsas müzakirə mövzularından biri də Ermənistandakı vəziyyətlə bağlı olacaq. Sessiya ərəfəsində Avropa Şurasının Ermənistan üzrə məruzəçiləri İrəvanda olacaq və onların məruzəsi əsasında Ermənistanla bağlı fövqəladə müzakirələr keçiriləcək.
Yay sessiyasında Gürcüstanda keçirilən parlament seçkiləri, o cümlədən, Avropadakı proseslərlə bağlı müzakirələr aparılacaq. (İctimai TV)

 

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد