"«Əl-Qaidə» Danimarkada terror hazırlayır"
AZerbaycan Oyrenci Herekati : «Əl-Qaidə» terror qruplaşması Danimarka ərazisində terror aktı həyata keçirmək niyyətindədir.Belə bir xəbərdarlıqla Danimarka əks-kəşfiyyatının rəhbəri Yakob Şarf çıxış edib.
Onun sözlərinə görə, potensial təhlükəni nəzərə alan xüsusi xidmət orqanı əməkdaşları ayrı-ayrı şəxslər və qrupların fəaliyyətini nəzarətə götürüb: ««Əl-Qaidə» terror hazırlayır. Biz bu qruplaşmanın niyyətini pozmaq üçün səylər göstəririk».
Yakob Şarf deyib ki, bir sıra gənc müsləman danimarkalılar estremistlərin düşərgələrində hazırlıq keçən şəxslərin siyahısındadır. Danimarka xüsusi xidmət orqanlarının məlumatına görə, belə düşərgələr Əfqanstanla Pakistanın sərhədində yerləşir. (ANS PRESS)