ERMƏNİSTAN PREZİDENTİ HÜCUM ƏMRİ VERDİ"
azerbaycan oyrevci herekati :"ermenistan-Azərbaycan cəbhə xəttində atəşin pozulması halları yenidən intensiv xarakter alıb və baş verənlər artıq lokal hərbi əməliyyatlar xarakteri daşıyır. Son bir neçə gün ərzində Ermənistan ordusu eyni vaxtda bir neçə istiqamətdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Təbii ki, Azərbaycan tərəfi də bunlara cavab verir, hər iki tərəfdən ölənlər və yaralananlar haqda xəbərlər gəlir.
Erməni tərəfinin son məlumatlarına görə, Ermənistanın Berd rayonunun cəbhə xəttinə yaxın Çinar kəndində iki mülki şəxs ölüb. Bu hadisədən sonra prezident Serj Sərkisyan müdafiə nazirinə Azərbaycan mövqelərini intensiv atəş altında saxlamaq haqda əmr verib. Erməni mənbələrinin məlumatlarına görə, müdafiə naziri Seyran Ohanyan deyib ki, o, prezidentdən aldığı əmr əsasında hərbi hissələrin komandanlarına bu cür insidentlərlə bağlı sərt adekvat tədbir görülməsi haqda tapşırıq verib. Onun sözlərinə görə, bu cür hallarda erməni qüvvələri adekvat cavab addımları atacaq: “Azərbaycan ordusunun mövqeləri intensiv və daimi atəş altında saxlanmalıdır ki, həmin mövqelərdən erməni qüvvələrinə atəş açılmasına imkan verilməsin”.. Erməni nazir deyib ki, Azərbaycan tərəfinə cavab olaraq cəbhə xəttində artilleriyadan da istifadə edilməsi istisna deyil.
Prezident Serj Sərkisyan isə Müdafiə Nazirliyinin zabit heyəti qarşısındakı çıxışı zamanı deyib ki, Azərbaycanla hərbi əməliyyatların yenidən başlaması istisna deyil. Buna görə də Ermənistan Silahlı Qüvvələri daim hazırlıq vəziyyətində olmalıdır. Xatırladaq ki, Ermənistan-Azərbaycan cəbhə xəttində ən ciddi insident bu ilin aprelində Tərtər istiqamətində baş vermişdi. Həmin vaxt erməni qüvvələrinin təxribatçı xarakter daşıyan həmləsinə cavab olaraq Azərbaycan tərəfi düşmən mövqelərini artelleriyadan atəşə tutub. Döyüşlər yalnız ABŞ-ın işə qarışmasından sonra dayandırılıb. Azərbaycanda prezident seçkilərinin yaxınlaşdığını nəzərə alan müşahidəçilər qeyd edirlər ki, Ermənistan rəhbərliyi cəbhə xəttində vəziyyəti gərginləşdirərək, seçkiqabağı situasiyaya təsir göstərmək marağında ola bilər(musavat(