آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin yu

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin yubileyidir

 

AZerbaycan Oyrenci Herekati :    2002-ci ildə vəfat etmiş, Milli Azadlıq Hərəkatının lideri, ikinci prezident Əbülfəz Elçibəyin 70 yaşı tamam olur.

   Sabiq prezidentin yubileyi rəsmi səviyyədə qeyd edilməsə də çoxsaylı siyasi partiyalar, qeyri-hökumət təşkilatları yubiley tədbirləri keçirir. Bu gün isə “Müsavat” və “Xalq Cəbhəsi” partiyaları azadlıq hərəkatının liderinin keçdiyi mübarizə yolu ilə bağlı elmi konfrans keçirib.

   ABŞ Milli Demokratiya İnstitutunun Şərqi Avropa üzrə direktoru İrena Lasota bildirib ki, insan haqları sahəsində Əbülfəz Elçibəy dövründə Avropaya inteqrasiya edən Azərbaycan 1993-cü ildən sonra sözün pis mənasında "asiyalaşıb".  “Hazırda Azərbaycanda  korrupsiya ən pis nümunədir. Əbülfəz Elçibəy isə özlüyündə korrupsiyaya qarşı mübarizədə nümunə idi. Prezident ilk çıxışında rüşvət almayacağını bayan etdi, hökuməti də korrupsiyaya uğramamağa və rüşvət almamağa çağırdı. Elçibəyin silahdaşlarının mövcud sosial durumu buna bir nümunədir. Onun hakimiyyəti dövründə idarəetmənin siyasi-mənəvi əsasları yaradıldı. Bu milli ideologiyaya əsaslanan idarəetmə sistemi idi. Həmin ideologiya azadlıq hərəkatının liderini türk dünyasının simvoluna çevirib”.

  Xanım Lasota Əbülfəz Elçibəyin hakimiyyətdən getməsini də xalqa olan sevgisi ilə izah edib. “1993-cü ilin iyununda Əbülfəz Elçibəyin qarşıdurmaya getməməsi siyasi baxımdan izah oluna bilməsə də, bunu millətinə olan sevgisi ilə izah etmək olar. Elçibəy hakimiyyətdən getməsini təkcə hakimiyyət dəyişikliyi kimi  deyil, həm də siyasi-mənəvi  dəyərlərin siyasi həyatdan kənarlaşdırılması kimi başa düşülməlidir”.

  Əbülfəz Elçibəyin tələbəsi olmuş,  Milli Məclisin deputatı, doktor Cəmil Həsənli Elçibəy mənəvi cəhətdən heç zaman Sovet vətəndaşı olmadığını vurğulayıb. O totalitar Sovet rejimində də qərb demokratiyasının daşıyıcısı idi. Cənab Həsənli Elçibəyin müəllimliyi dövründə universitetdə dərnəkləşmə hərəkatının geniş yayıldığını bildirib.

   Əbülfəz bəyin təsis etdiyi təşkilatlardan biri də Bütöv Azərbaycan Birliyidir. Təşkilatın hazırkı rəhbəri Aqil Səmədbəyli

Elçibəyin qəbirüstü abidəsinə prezident sözünün həkk olunmamasından narazıdır.

  Onun sözlərinə görə, eks-prezidentin ailəsinə də dövlət qayğısı göstərilmir.(voa)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد