آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

MÜSAVAT KÜTLƏVİ AKSİYALAR KEÇİRMƏKDƏ İSRARLIDIR

MÜSAVAT KÜTLƏVİ AKSİYALAR KEÇİRMƏKDƏ İSRARLIDIR "

AZerbaycan Oyrenci Hertekati: Müsavat Partiyası kütləvi aksiyaları davam etdirməklə bağlı qərar qəbul edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, Divanın dünənki iclasında kütləvi tədbirlərin keçirilməsi yerli strukturlara həvalə edilib. Onun sözlərinə görə, bununla bağlı rayon təşkilatları məsləhətləşmələr aparıb

"MÜSAVAT KÜTLƏVİ AKSİYALAR KEÇİRMƏKDƏ İSRARLIDIR "

AZerbaycan Oyrenci Hertekati: Müsavat Partiyası kütləvi aksiyaları davam etdirməklə bağlı qərar qəbul edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, Divanın dünənki iclasında kütləvi tədbirlərin keçirilməsi yerli strukturlara həvalə edilib. Onun sözlərinə görə, bununla bağlı rayon təşkilatları məsləhətləşmələr aparıb uğurlu bir vaxtda və yerdə aksiyalar keçirəcəklər. Aksiyalarda həm Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə etiraz ediləcək, həm də sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələb olunacaq. A.Hacılı partiya nizamnaməsinə görə, iyulun sonunda Müsavat Məclisinin toplantısının keçiriləcəyini də qeyd edib.

MÜSAVAT DİVANININ NÖVBƏTİ TOPLANTISI OLUB

Dünən Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantıda gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlər müzakirə edilib.

Gündəliyin görülən işlər bölməsində partiya başqanı İsa Qəmbər Cənubi Qafqazda Avropa Birliyi və NATO arasında əməkdaşlığın durumu barədə tədbirlərdə iştirak etmək üçün etdiyi Brüssel səfəri haqqında ətraflı məlumat verib. İctimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı prezident seçkiləri ərəfəsində ölkədəki vəziyyət diqqət mərkəzində olub. AŞ PA-nın yaz sessiyasının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ətrafında geniş fikir mübadiləsi aparılıb.

Divanda Bakı şəhərində aparılan söküntü işləri və bunun nəticəsində yaranan sosial narazılıqlar da müzakirə olunub. Qeyd edilib ki, əksər hallarda mülkiyyətin müqabilində ya heç bir təzminat ödənilmir, ya da ödənilmiş təzminat sökülən mülkiyyətin dəyərinə adekvat olmur. “Elmlər akademiyası” metro stansiyası yanındakı “alimlər evi” kimi tanınan yaşayış binasının “qəzalı vəziyyət” adı altında sökülməsinə cəhd edilməsi və bunun müqabilində adekvat təzminat ödənilməməsi ciddi narazılıqla qarşılanıb və bu məsələ ilə bağlı Divan adından bəyanat qəbul edilib.
Divan son vaxtlar İranda insan haqlarının daha kobud şəkildə pozulmasına və siyasi qətllərin artmasına diqqət çəkərək bundan narahat olduğunu bildirib və qanunsuzluqların dayandırılmasını tələb edib..
Sonda bir sıra cari məsələlərə baxılıb.(musavat)

 

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد