Azadlıq radiosunun müxbiri azad edilib
AZerbaycan Oyrenci Herekati : ABŞ hökumətinin maliyyələşdirdiyi Azad Avropa və Azadlıq radio stansiyası Türkmənistanda iki həftə saxladıqdan sonra müxbirləri Sazak Durdumuradovun azad edildiyini bildirir. Bu gün açıqlanan bəyanatda deyilir ki, Durdumuradov iyul ayının 4-ü evinə qayıdıb. Radio şəbəkəsi müxbirin iyun ayının 20-də həbs edildikdən sonra işgəncələrə məruz qaldığını bildirib. Türkmən rəsmiləri ondan Azad Avropa və Azadlıq radiosuna çalışmamaq haqda yazılı vəd tələb ediblər. ABŞ-ın Aşğabaddakı səfirliyi müxbirin azad edilməsini alqışlayaraq, Türkmənistan hökumətini beynəlxalq insan hüquqları öhdəliklərinə sadiq qalmağa çağırıb.(voa)