"GÜNEY AZƏRBAYCAN MƏSƏLƏSİ DÜNYAYA ÇIXARILIR "
AZərbaycan Öyrənci Hərəkatı: Soydaşlarımız Sürixin mərkəzində orijinal aksiya keçirib. Güney Azərbaycan problemlərini dünyaya çatdırmaq məqsədilə xarici ölkələrdə keçiriləcək silsilə tədbirlərə start verilib. Bu qəbildən ilk tədbir İsveçrədə yaşayan soydaşlarımızın təşkilatçılığı ilə Sürix şəhərində baş tutub.
“Olaylar”ın xəbərinə görə, şəhərin mərkəzi küçəsində çadır qurulub və tədbir təşkilatçıları olan bu ölkədə yaşayan soydaşlarımız Güney Azərbaycanın problemlərini əks etdirən broşurlar, həbs edilən milli fəalların işgəncələrə məruz qaldığını göstərən fotoşəkilləri paylayıblar. Çadırdakı sərgi ilə tanış olanlar arasında isveçrəlilərlə yanaşı, Amerika, Kanada, Yaponiya, Çin vətəndaşları da olub. (musavat)