آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növləri NATO standar

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növləri NATO standartlarına uyğunlaşdırılıb

 

AZerbaycan Oyrenci Herekati : NATO-nun Beynəlxalq Hərbi Qərargahı direktorunun müavini, Əməkdaşlıq və regional təhlükəsizlik idarəsinin rəisi Corc Lebeli Azərbaycanda səfərdədir. O bu gün Azərbaycan Müdafiə

naziri Səfər Əbiyevlə müzakirələr aparıb.   Müdafiə nazirliyi mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Müdafiə naziri NATO ilə əməkdaşlığın təcrübə baxımından müsbət nəticələr verdiyini bildirib. “Hazırda Azərbaycan Silahlı Qüvvələrində bütün qoşun növləri – Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz Qüvvələri tam olaraq NATO standartlarına uyğunlaşdırılıb. Zabitlərin hərbi təhsili, o cümlədən bütün hərbi təlimlər eyni standartlara uyğun həyata keçirilir”. Müdafiə naziri deyib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişənin dinc yolla həlli istiqamətində hələlik heç bir konkret nəticə əldə edilməyib. “Vəziyyətin bu şəkildə davam etməsi gələcəkdə gərginliyin daha da artmasına şərait yarada bilər. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalması ilə razılaşa bilməz. Biz güclə də olsa işğalçını öz torpağımızdan çıxaracağıq”.   Nazirliyin mətbuat xidməti cənab Lebelin NATO-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsini vacib saydığını qeyd edir. “Biz Azərbaycanın indiyədək əldə etdiyi nailiyyətlərdən məmnunuq”-deyə o bildirib.   Müstəqil politoloqlar Azərbaycan- NATO əlaqələrinin gələcəyinin daha çox siyasi qərardan asılı olduğunu bildirir. Şərq-Qərb Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, regiondakı çətin durum Azərbaycanın nəhayətdə NATO-ya üzvlüklə bağlı siyasi qərar qəbul etməsinə gətirib çıxaracaq.   Politoloq hesab edir ki, NATO-nun regiondakı maraqları da Azərbaycanın bu struktura inteqrasiyasını zəruri edir.   Yeri gəlmişkən bildirim ki, müxalifətdə olan “Müsavat” partiyası da hökuməti NATO-ya üzvlüklə bağlı müraciət etməyə çağırıb. “Hazırda NATO-ya qəbul məsələsində Gürcüstan və Ukraynan Azərbaycandan irəlidədir. NATO-ya qəbul təhlükəsizlik sahəsində beynəlxalq sistemdə Azərbaycanın yerinin müəyyən olunmasıdır. NATO-ya qəbul həm də bir çox problemlərin dinc yolla həlli deməkdir” –deyə “Müsavat“ partiyasının başqanı İsa Qəmbər “Buxarest sammiti ərəfəsi: Azərbaycan NATO əlaqələri" mövzusunda bu gün keçirilən dəyirmi masada bildirib.(voa)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد