آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

BİZ AZƏRBAYCANIN NEFT DOLLARLARINDAN QORXMURUQ

BİZ AZƏRBAYCANIN NEFT DOLLARLARINDAN QORXMURUQ

 
Serj Sərkisyan Ermənistanın müharibə istəmədiyini bildirib


AZERBAYCAN OYRENCI HEREKATI :Ermənistan Azərbaycanın hədələrindən qorxmur və Bakının münaqişəni neft dollarlarının köməyi ilə həll etməsinə ümid bəsləməsi qeyri-ciddidir

 

Ermənistan dövlət başçısı Serj Sərkisyan bunu dünən Ermənistan XİN-də çıxış edərkən söyləyib. “Ermənistan Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu daim dəstəkləyəcək və Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı olacaq. Dağlıq Qarabağın hansısa bir şəkildə Azərbaycana tabe olmasını təsəvvür etmək belə mümkün deyil”- deyə S.Sərkisyan bildirib.
Bakının münaqişəni güc yolu ilə həll etmək hədələrini şərh edən S.Sərkisyan deyib: “Biz müharibədən qorxmuruq, amma onu istəmirik. Rəsmi Bakıda neft dollarının və Azərbaycanın təbii resurslarının qüdrəti haqqında təhrif olunmuş təsəvvür var. Pulun gücü ilə dövlət və silahlı qüvvələr yaratmaq mümkün deyil. İqtisadiyyatın azadlığına görə Ermənistan dünyada 27-ci, Azərbaycan isə 107-ci yeri tutur. Azərbaycanda hərbi qüvvə, Ermənistanda isə hərbi ordu var. Əgər azərbaycanlılara elə gəlirsə ki, dolların gücünə ordu yaratmaq və həmin ordu ilə Qarabağ problemini həll etmək olar, səhv edirlər”,- deyə S.Sərkisyan bildirib

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد