آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

KONDOLİZA RAYS QARABAĞ DANIŞIQLARI İLƏ BAĞLI BƏYANAT VERDİ

KONDOLİZA RAYS QARABAĞ DANIŞIQLARI İLƏ BAĞLI BƏYANAT VERDİ

 
ABŞ dövlət katibi Əliyevlə Sərkisyana çağırış etdi


AZERBAYCAN OYRENCI HEREKATI :ABŞ dövlət katibi Kondoliza Rays Ermənistan və Azərbaycan prezidentlərinə müraciət edərək onları Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə göstərməyə çağırıb. Rays bu bəyanatla Vaşinqtonda, Amerika-Türkiyə Şurasının toplantısında çıxış edib. Dövlət Departamentindən yayılan məlumata görə, Rays xatırladıb ki

,

Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsi uzun müddətdir davam edir. Danışıqlar prosesinin dalana dirənməsi haqda toplantı iştirakçılarından birinin şərhinə cavab verən dövlət katibi deyib ki, Birləşmiş Ştatlar münaqişənin indiyədək həll edilməməsindən məyusdur.
Onun sözlərinə görə, bu münaqişə hər iki ölkənin maraqlarına zərbə vurur və əgər iki ölkə rəhbərləri bir az siyasi iradə nümayiş etdirsələr, onu həll etmək mümkündür. Rays bildirib ki, münaqişənin nizamlanması üçün vasitəçilik edən Minsk Qrupu bir neçə dəfə həllə yaxın olub: “Biz hesab edirik ki, hər iki tərəf üçün bu münaqişəyə son qoya biləcək çətin seçim etməyin vaxtıdır” deyə o əlavə edib: “Bu addım atılmalıdır. Mən yaranmış fürsətdən istifadə edərək Ermənistan və Azərbaycan hökumətlərinə müraciət edirəm ki, əgər onlar öz aralarında münaqişəni həll etməsələr, regionun ümumi inkişafından kənarda qalacaqlar. Əgər siz münaqişənin kimin günahı üzündən baş verdiyi haqda danışmaq istəsəniz, hər iki tərəflə bağlı bu ifadəni işlətmək olar. Münaqişə yalnız siyasi iradə sayəsində həll edilə bilər. Nəhayət, tərəflər bu iradəni nümayiş etdirməlidir”.
Raysın bəyanatı ilə bağlı Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinə dair ABŞ-ın rəsmi mövqeyini əks etdirən faktiki məlumatları dərc edib. Məlumatda deyilir ki, ABŞ münaqişənin dinc danışıqlar yoluyla həllini dəstəkləyir, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Məlumatda deyilir ki, ABŞ münaqişənin Minsk prosesi çərçivəsində həllinə dəstək verir və hesab edir ki, Minsk Qrupuna həmsədrlik edən üç ölkə arasında münaqişənin həllinə dair yüksək əməkdaşlıq var.
Qeyd edək ki, BMT Baş Assambleyasında səsvermə zamanı ABŞ  Azərbaycanın ərazi bütövlüyünə səs verməyib. Birləşmiş Ştatlar sonradan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, əvvəlki kimi bəyan edir ki, Dağlıq Qarabağın statusu danışıqlar predmetdir. Yəni belə qənaət hasil olur ki, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı haqda bəyanatı nisbi xarakter daşıyır, Vaşinqton istisna etmir ki, Dağlıq Qarabağ gələcəkdə Azərbaycanın tərkib hissəsi olmaya bilər. Bu kontekstdə Raysın bəyanatında vurğulanan siyasi iradə məsələsi əslində Azərbaycan üçün Dağlıq Qarabağdan imtina etmək kimi yozula bilər. Raysın bəyanatı Minsk Qrupu həmsədrlərinin öz aralarında Vyanada apardıqları məsləhətləşmələrlə bir vaxta təsadüf edir. Vasitəçilər dalana dirənmiş danışıqlar prosesini hansısa formada irəli apara bilmək üçün variantlar axtarırlar. Bu variantlardan biri İlham Əliyevlə Ermənistanın yeni prezidenti arasında tanışılıq xarakteri daşıyacaq ilk görüşü təşkil etməkdir. Bu günlərdə amerikalı həmsədr Metyu Brayza bildirib ki, prezidentlərin görüşü yaxın vaxtlarda baş tuta bilər.

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد