آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

PKK-çılar NAXÇIVANDA XÜSUSİ NÖMRƏLİ MAŞINLARDA GƏZİR

PKK-çılar NAXÇIVANDA XÜSUSİ NÖMRƏLİ MAŞINLARDA GƏZİR

 
Naxçıvan yol polisi isə onları saxlamağa cəsarət etmir


AZERBAYCAN OYRENCI HEREKATI Dünən Naxçıvandakı mənbəmizdən aldığımız xəbərə görə, bölgə rəhbərliyi yerli ağsaqqalların aprelin 15-də Bakıya gəlməsinə əməlli-başlı əngəl olub. Əvvəlcədən Bakıya kimlərin gedəcəyi müəyyənləşdirildiyindən, ağsaqqallar nəzarətə götürülüb. Onların adı hətta aeroportun qeydiyyat şöbələrinə, polisə də verilib.

PKK-çılar NAXÇIVANDA XÜSUSİ NÖMRƏLİ MAŞINLARDA GƏZİR

 
“Bununla belə bir neçə ağsaqqal Bakıya gələ bilib. Bakıda yaşayan naxçıvanlı ağsaqqalların da Talıbova qarşı aksiyaya qoşulacağı gözlənilir...”

“...Dünən (srağagün-E.M.) Milli Məclisin iclası keçirildiyi vaxt onlar aksiya keçirməyə macal tapa bilməyib. Böyük ehtimalla onlar Milli Məclisin cümə günü keçirilən iclası zamanı parlamentin binası qarşısına yığışaraq, aksiya keçirəcəklər”,- deyə mənbə müxbirimizə bildirib.

***

Yenə həmin mənbənin dediyinə görə, artıq iki gündür ki, PKK simpatizanı kimi tanınan və Naxçıvanda tikinti ilə məşğul olan “Uçar” şirkətinin bir sıra işçiləri xüsusi dövlət nömrə nişanı olan maşınlarda hərəkət edirlər. Xatırladaq ki, bu şirkətə kürd millətindən olan türkiyəli iş adamı Emil Uçar başçılıq edir. Naxçıvanda bina tikintisi ilə məşğul olan Emil Uçar Vasif Talıbovla şərikdir. İnşasına təzə başlanan Naxçıvan-Şərur-İqdır magistral yolunun çəkilişini də məhz onun şirkəti həyata keçirir.
Mənbənin dediyinə görə, E.Uçar o adamdır ki, Naxçıvanda kütləvi işsizlik olmasına baxmayaraq, muxtar respublikaya Türkiyədən kürd əsilli işçilər gətirib, məhz onları işlədir. Hətta onların Naxçıvanda məskunlaşmasına şərait yaradır. V.Talıbov Naxçıvanda bütün tikinti işlərini ona tapşırıb. E.Uçarın şirkətinin tikdiyi binalar və digər obyektlər isə 6 aydan sonra yenidən təmir edilir. “Naxçıvan-Şərur-İqdır yolunun tikintisinin ona tapşırılması ən azı cinayətdir”,-deyə mənbə bildirir. Onun dediyinə görə, E.Uçara yaxın adamlar 70 AA və 85 AA seriyaları ilə başlayan maşınlarda hərəkət edirlər: “Heç kimə sirr deyil ki, bu seriyalar  dövlət maşınlarına verilir. İndi bu maşınlarda PKK simpatizanları gəzir. Naxçıvanın yol polisi isə bu maşınları saxlamağa cürət etmir”.


musavat
نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد