آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

"15 İL ƏVVƏL BU GÜN ?"

"15 İL ƏVVƏL BU GÜN ?"

 

AZerbaycan Oyrenci Herekati : “Elçibəy Bakını niyə tərk etmişdi” sualına indi də cavab verən yoxdur

Düz 15 il əvvəl, bu gün Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy Bakını tərk edərək Ordubadın Kələki kəndinə - ata yurduna üz tutmuşdu. İstər həmin ilin fevralında Heydər Əliyevlə təkbətək görüşü, istər Bakını qəfil tərk etməsini, istərsə də digər məqamların əsil sirrini Əbülfəz Elçibəy özü ilə apardı. Əslində 17-si nə baş vermişdi? Gecə saatlarında Heydər Əliyev, Rəsul Quliyev, Etibar Məmmədovla görüşdüyü deyilən Elçibəy niyə səhəri bu addımı atmışdı, hələ də sirr olaraq qalır.

1993-cü ilin iyun qiyamından sonra mərhum eks-prezident Əbülfəz Elçibəyin Kələkiyə pənah aparmasıyla onun doğulduğu bu kənd az qala Azərbaycanın ikinci paytaxtına çevrilmişdi. Deyilənlərə görə, Əbülfəz Elçibəyin Kələkidə qaldığı 4 ildə bu kəndə nəinki Azərbaycanın müxtəlif rayonlarından, hətta qonşu Türkiyədən saysız qonaqlar gəlib. Balaca bir dağ kəndininin bu qədər qonaq-qaranı necə qəbul edib yerləşdirdiyi çoxlarına hələ də təəccüblü görünür. Kələkidə nə Əbülfəz Elçibəyi, nə də o günləri unutmuşdular.

“Azadlıq” radiosunun müxbirinin iki il əvvəlki reportajındandır:

- Mərhum eks-prezidentin qaldığı evə baş çəkirəm. İndi qapısı bağlı bu evdə, heç kim yaşamır. Bələdçimiz qonşu uşağı çağırıb Əbülfəz Elçibəyin düz 4 il yaşadığı bu kimsəsiz evin qapısını açdırır: “Bu, Əbülfəz Elçibəyin iş otağıdır...”.

Əbülfəz Elçibəyin iş otağı o qədər də böyük deyil. Divarda Məhəmməd Əmin Rəsulzadənin, Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin və Seyid Cəfər Pişəvərinin portretləri var. Yazı masasının üstündə isə prezident seçildikdən sonra ona verilən vəsiqə, vəsiqənin yanında isə içində hələ də bir neçə siqaret qalan “Samel” qutusu var. Görünür Əbülfəz Elçibəy 1997-ci ildə Bakıya qayıdarkən həmin vəsiqəni özü ilə götürməyi lazım bilməyib. Prezident kimi gəldiyi bu kənddən sadə vətəndaş kimi gedib".

Maraqlı nostaljidir.

Amma gəlin nostaljidən ayrılaq...

...Həmin dövrdə bu hadisədən xəbər tuta biləcək adamlardan biri təbii ki, “Azal”ın prezidenti Ədalət Əliyev ola bilərdi. Amma Ədalət bəy bizimlə söhbətində dedi ki, həmin ərəfədə İtaliyada ezamiyyətdə olub. “Hadisədən hamı kimi ayın 18-i xəbər tutmuşam”. Ədalət bəyin dediyinə görə, həmin vaxt Elçibəyin təyyarəsini idarə etmiş pilotlar indi də “Azal”da işləyirlər.

Maraqlıdır ki, Elçibəyin komandasından da heç kim prezidentin qəfil gedişindən xəbər tutmayıb.

Məsələn, o vaxt dövlət müşavirə vəzifəsində işləyən Arif Hacılı deyir ki, Əbülfəz bəyin Bakını tərk etməsi haqda xəbəri 18-i eşidib: “Səhər işə gedirdim. Amma iş yerinə getməzdən əvvəl Müsavat Partiyasının qərargahına gəldim. Xəbəri mənə partiyanın o vaxtkı baş katibi Niyazi İbrahimov çatdırdı. Niyazi bəy dedi ki, prezident guya Türkiyəyə gedib. Amma bir saata dəqiqləşdirdik ki, yox, Ordubadda, daha dəqiqi Kələkidədir. Arif bəyin dediyinə görə, iyun ayının 7-dən 17-ə kimi hər gün gecə yarısınadək Əbülfəz bəylə bir yerdə olub. Və onun Bakını tərk edəcəyilə bağlı hansısa addım atacağını hiss etməyib...

...Necə deyərlər, bu da axırı...(musavat)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد