آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

“AZƏRBAYCANDA TERRORU DƏSTƏKLƏYƏN FONDUN YARANMASI ÜÇÜN ŞƏRAİT

 “AZƏRBAYCANDA TERRORU DƏSTƏKLƏYƏN FONDUN YARANMASI ÜÇÜN ŞƏRAİT OLUB”

 

AZerbaycan Oyrenci Herekati : İlham İsmayıl: “Ciddi nəzarət olmadığından yığılan pullar ”əl-Qaidə”nin hesabına keçib”

Mərkəzi ofisi Küveytdə yerləşən İslam İrsinin Dirçəlişi Fonduna qarşı ABŞ-ın Maliyyə Nazirliyinin sanksiyalar tətbiq etməsi Azərbaycanın adının növbəti dəfə beynəlxalq miqyasda hallandırılmasına rəvac verib.

Söhbət “əl-Qaidə” beynəlxalq terror şəbəkəsini dəstəkləməkdə və maliyyələşdirməkdə şübhəli bilinən fondun Azərbaycanda da ofisinin fəaliyyət göstərməsindən gedir. Düzdür, terroru maliyyələşdirən fondun fəaliyyətinin ABŞ hökumətinin tələbindən sonra dayandırılıb. Albaniya, Banqladeş, Bosniya və Hersoqovina, Kamboca və Rusiyadakı ofislərinin fəaliyyətinə də eyni səbəblərlə qadağa qoyan fondun antiterror əməliyyatlarının iştirakçısı olan Azərbaycanda fəaliyyət göstərməsi ən azı təəccüb doğurur. Terrora qarşı mübarizədə ABŞ-ın yanında olan Azərbaycan hakimiyyəti ölkədə terrorizmi dəstəkləyən bir qurumun mövcudluğuna yalnız Vaşinqtonun tələblərindən sonra qadağa qoyubsa, deməli, ölkəmizdə yalnız PKK-nı dəstəkləyən qüvvələr mövcud deyil. Belə halların növbəti dəfə təkrarlanması isə ölkəmizin antiterror koalisiyasında iştirakının səmimiliyinə də şübhələri artıra bilər.

Milli təhlükəsizlik xidmətinin sabiq zabiti İlham İsmayıl hesab edir ki, “əl-Qaidə”nin “əli” uzun olduğu üçün onun Azərbaycanda hansısa fəaliyyətlə məşğul olması o qədər də təəccüblü deyil: “Bu təşkilatın ayrı-ayrı müsəlman ölkələrində də  zaman-zaman təşkilatları üzə çıxıb. Çox güman ki, Azərbaycanda da bu qurumun fond yaradılması üçün münbit şərait olub. Həmçinin görünür ciddi nəzarət olmadığından bu fondda yığılan pullar ”əl-Qaidə"nin hesablarına keçib". İ.İsmayıl bildirdi ki, son dövrlərdə bank hesablarının köçürülməsi ilə əlaqədar maliyyə qurumunun yaradılmasının nəticəsində bu fakt aşkarlanıb: “Hesab edirəm ki, bu, ABŞ tərəfindən üzə çıxarılıb. Bundan sonra terrorizmin maliyyələşdirilməsinin qarşısını almaqdan ötrü bu cür tədbirə əl atılıb”. Ancaq ekspert vəziyyətin daha təhlükəli xarakterli olduğunu güman edir:  “Təkcə bu fond deyil, başqa fond da mövcud ola bilər. Bu mənada müsəlman ölkəsi olaraq Azərbaycanda hər şeyə ciddi fikir verilməlidir. Təəssüf ki, bəzən rüşvətlə məsələlər həll olunur. Bəzi məmurlar məsələnin mahiyyətini bilmədən rüşvət alıb bir sıra məsələləri həyata keçirirlər. Heç olmasa bundan sonra belə işlər ciddi yoxlamadan keçirilməlidir ki, təhlükəli vəziyyət yaranmasın. Çünki beynəlxalq terrorizmin bir ucu elə Azərbaycan dövlətinin özünə yönələ bilər”.

İ.İsmayıl bu faktlarla əlaqədar ABŞ və Azərbaycan arasındakı münasibətlərdə problem olacağını düşünmür: “Əgər bu məsələnin aradan qaldırılmasında birbaşa Azərbaycan məmurlarının, hansısa təsiri olan adamların əli yoxdursa, deməli, xüsusi bir gərginlik yaranacağına inanmıram. Fikrimcə, bu fakt qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq üzə çıxarılıb. Azərbaycan hakimiyyətinin himayə elədiyi bir fond kimi çıxmayıb. Ona görə də yəqin ki, bu ABŞ və Azərbaycan arasında xüsusi bir gərginliyə səbəb olmayacaq. Həm də ona görə ki, söhbət təkcə Azərbaycandan getmir. ”əl-Qaidə"nin “əli” uzun olduğu üçün dünyanın hər yerində belə hallar baş verə bilər". Ancaq bununla belə, spiker Azərbaycanda növbəti dəfə belə faktlar təkrar üzə çıxarsa, o zaman münasibətlərdə müəyyən problemlərin yarana biləcəyini də istisna etmədi.

(musavat)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد