آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

İRAN AVROPA BANKLARINDAN 75 MİLYARD DOLLAR ÇIXARDI

İRAN AVROPA BANKLARINDAN 75 MİLYARD DOLLAR ÇIXARDI

 

AZerbaycan Oyrenci Herekati : Qərbin yeni sanksiyalarının təsiri altına düşməmək üçün Tehran təcili əməliyyat keçirdi

İran Avropa banklarında saxladığı 75 milyard dolları geri çəkdiyini rəsmən açıqlayıb. “CNN Türk” kanalının xəbərinə görə, bu barədə xarici işlər nazirinin iqtisadi işlər üzrə müavini Möhsün Tale açıqlama verib. O deyib ki, İranın Avropadakı pullarının bir hissəsi qızıla çevrilib, bir qismi isə Asiya banklarına transfer edilib. Tale bu əməliyyatın prezidenti Mahmud Əhmədinejadın əmri əsasında Mərkəzi Bankın nəzarəti altında həyata keçirildiyini deyib.Xatırladaq ki, ötən həftə Qərb mətbuatı İran prezidenti Mahmud Əhmədinejadın ABŞ və Avropa Birliyi tərəfindən hazırlanan yeni maliyyə sanksiyalarının təsiri altına düşməmək üçün Mərkəzi Banka Avropa banklarındakı bütün pulları geri çəkməyi tapşırdığını xəbər vermişdi. Bildirilirdi ki, İranın neftdən əldə etdiyi və dövlət banklarının Avropadakı hesablarında saxlanan pullar Dubayda yerləşən offşor şirkətlər vasitəsilə transfer edilir və əməliyyat gizli aparılır. ABŞ və Avropa Birliyi hazırda İrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyalarından əlavə qadağalar tətbiq etmək variantı üzərində işləyir. Bu barədə ABŞ prezidenti Corc Buşun Avropaya səfəri zamanı ilkin razılaşma əldə olunub.

Əlavə sanksiyalara görə Avropa banklarındakı İran pullarına həbs qoyulması, həmçinin bu ölkənin dövlət banklarının Avropa maliyyə sisteminə çıxışının əngəllənməsi nəzərdə tutulurdu.İran rəsmisi deyib ki, Avropa banklarındakı pullar çıxarıldığına görə artıq həmin vəsaitlərdən Tehrana qarşı təhdid kimi istifadə edilə bilməz. O, pulların hansı Asiya banklarında yerləşdirildiyini açıqlamayıb, ancaq bildirib ki, İran dövlətinin vəsaitləri etibarlı yerlərdədir. (musavat)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد