آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

Ərdəbildə muğam yarışması üzərinə

Ərdəbildə muğam yarışması üzərinə

 

AZerbaycan Oyrenci Herekati : Ərdəbildə muğam yarışması keçmiş və böyük rəğbətlə qarşılanmışdır. Dəstgahlarda oxunan şeirlər Azərbaycan şairlərindən və ifa tərzləri isə Üzeyir Hacıbəyli ekoluna (məktəbinə) aid. Ərdəbildəki bu yarışmaya Güney Azərbaycanın dəyişik bölgələrindən muğam ifaçıları qatılmışdır. Ərdəbil Mərkəzli bu mədəni fenomon toplumsal zövqün hansı istiqamətdə gəlişməsi ilə bağlı ipucları verməkdədir ...

 Ulusal kimliyimizin hər şeydən daha çox musiqimizdə barınmış olduğunu nəzərə alsaq, bu yarışmanın nə qədər önəmli olduğunu asanca düşünə bilərik. Ayrıca, hər hansı bir mədəni olqunun sosial gərəksinim (ehtiyac) olmadan ortaya çıxa bilməyəcəyini düşünsək, Ərdəbildəki musiqi yaraışmasının hansı ictimai istəkdən qaynaqlandığını təsəvvür etmək mümkün olacaqdır. Həm yarışmaçı ifaçıların, həm münsüflər heyyətinin, həm də tamaşıçıların böyük şövqlə bu mərasimə qatılmaları Güney Azərbaycanda özəlliklə muzikal zövq anlayışında sosial atmosferin hansı istiqamətdə gəlişməsi və dəyişməsinin göstərgəsidir. Millətolma yolundakı çalışmalarımızın təməlində mədəni planda böyük devinim (hərəkət) və irəliləyiş sağlamaq durmalıdır. Arxasında böyük uyqarlıq (mədəniyət) durmayan hər bir ictimai hərəkət öz məqsədinə içi boş şüarlarla çata bilməmişdir. Tarın, kamanın, ritmin və insan avazının yönləndirdiyi milli ruh, öz qurtuluş modeli haqqında dərin- dərin və həm də estetik düzeydə (səviyədə) planlar hazırlaya bilər. Ərdəbildə gerçəkləşən bu böyük hadisənin dəyəri heç də 2006-cı il Xordad qiyamından az deyildir. Bunun adına “olaysız oluşum” deyə bilərik. Bu mərasimin gerçəkləşməsində əməyi keçən hər kəsi, özəlliklə qazanan yarışmaçıları təbrik edirik.

)Güntay Gəncalp(

18.07.08

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد